Yuxarı

Usubovun yubileyi qeyd edildi - Foto

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrında teatr rejissoru, əməkdar incəsənət xadimi Əli Usubovun 80 illik yubileyi qeyd olunub.

Teatrın mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov çıxışında Əli Usubovun həyat və yaradıcılığından geniş danışıb.

Daha sonra yubiley münasibətilə Əli Usubovun quruluş verdiyi böyük bəstəkar, SSRİ xalq artisti Rauf Hacıyevin bu yaxınlarda premyerası anşlaqla keçən "Qafqazlı qardaşqızı" operettası nümayiş olunub.

Qeyd edək ki, bir çox dövlət tədbirlərinə də quruluş verən Əli Usubovun hazırladığı opera və operettalar Moskva Böyük Teatrı ilə yanaşı, Ukrayna, Türkmənistan, Gürcüstan, Qazaxıstan, Tacikistan, Özbəkistan və digər MDB ölkələrinin teatrlarında uğurla nümayiş olunub. O, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasının ilk quruluşunun 100 illiyi ilə əlaqədar TÜRKSOY-un sifarişi ilə bu əsərə rejissorluq edib.

Tarix
2015.10.06 / 22:05
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla