Məhkəmədən Nazim Bəydəmirli ilə bağlı yeni qərar
13:32
Ana səhifə Planet |
Rusiyaya məxsus döyüş təyyarələrinin ikinci dəfə Türkiyə sərhədini pozması Ankaranı hərəkətə gətirib.
Axar.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya sərhəd bölmələri döyüş vəziyyətinə gətirilib, hava hücumundan müdafiə sistemləri Rusiya hərbi bazasının yerləşdiyi Tartus şəhərinə yönəldilib.
Təhlükəsizlik tədbirləri ilə əlaqədar Keltəpə, Keldağı və Kurtnasır təpəsində radarlar gücləndirilmiş rejimə keçib. Türkiyə Baş Qərargahı Suriya tərəfdən hava sahəsinin pozulacağı təqdirdə hədəfin dərhal məhv edilməsinə göstəriş verib.
Hatay üzərindən cənub sərhədinin təhlükəsizliyini qoruyan qüvvələr Aralıq dənizi üzərindən gələ biləcək hər hansı təhlükəyə qarşı Ziyarət təpə adlandırılan nöqtəyə raket sistemi yerləşdirib.
Tarix
2015.10.07 / 11:06
|
Müəllif
Şəmsəddin Ənsar
|