Yuxarı

Nobel ödülçüsünü azərbaycanlılar seçir

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 8-də Ədəbiyyat üzrə Nobel Mükafatının sahibi açıqlanacaq.

İsveç Akademiyası üzvlərinin namizədlər arasından qalibi açıqlamağına bir gün qalmış Axar.az Azərbaycanın öncül simalarının kimi daha şanslı hesab etdikləri ilə bağlı sorğu keçirib.

Yazıçı Kamal Abdulla Ədəbiyyat üzrə Nobel mükafatına italiyalı yazıçı, tarixçi-medievist Umberto Ekonu layiq görür:

"Mənim bu il Ədəbiyyat sahəsində Nobelə ən çox layiq bildiyim şəxs Umberto Ekodur".

Qismət Rüstəmovun fikrincə isə mükafata Nquqi va Tionqo layiq görüləcək:

"Son illər ədəbiyyat üzrə Nobel mükafatı bizim ədəbi mühit üçün təzə, dünya ədəbi ictimaiyyəti üçünsə belə deyək ki, çoxdan tanış olan, lakin bir az diqqətdən kənarda qalmış imzalara verilir. Alis Munro mükafata layiq görülən il yadıma gəlir, bizim sənət aləmində qəribə fikirlər səsləndi ki, bəs biz bu qadını tanımırıq, bu nə vaxtdan yazıçı oldu? Halbuki Munro böyük ədəbi jurnallarda az qala 30 ildir dərc olunan estet yazıçılardan biri sayılır. Neçə ildir bukmekerlər Haruki Murakaminin şanslarını daha çox qiymətləndirir. Amma ədəbiyyatsevərlər Milan Kunderanın, Umberto Ekonun mükafata layiq görülməsini istəyirlər. Konkret nəsə demək çətindir, bir neçə ildir adları 20-likdə olan müəlliflərdən alban İsmail Kadaredən, suriyalı şair Adonisdən zaman-zaman nələrsə oxumuşam. Bir neçə ildir belorus yazıçısı Svetlana Aleksieviçin adı da çox hallanır. Konkret nəsə demək çətindir, amma gəlin maraqlı olması üçün ortalığa bir variant atım. Məncə, mükafatı keniyalı romançı Nquqi va Tionqoya verəcəklər".

Nobel araşdırmaçısı, həmçinin Nobel mükafatçıları barədə kitab müəllifi olan Etibar Əliyev Ədəbiyyat üzrə Nobel mükafatına yazıçı Kamal Abdullanı layiq görür:

"Nobel mükafatları içində ən çətin proqnozlaşdırılan mükafatlardan biri Ədəbiyyat üzrə Nobeldir. Çünki tez-tez gözlənilməz hallar baş verir. Məsələn, Mo Yan kimi dünyanın böyük əksəriyyətinin tanımadığı yazıçının mükafata layiq görülməsi, Kanada hekayə ustası Elis Munronun bu mükafatı alması xeyli təəccüb doğurmuşdu. Ona görə də ədəbiyyat sahəsində mükafatın kimə veriləcəyini proqnozlaşdırmaq müəyyən qədər çətindir. Amma artıq neçə ildir ki, Azərbaycan yazıçısı Kamal Abdullanın namizədliyi də Nobel komitəsində müzakirə olunur. Bu bizim üçün çox önəmli, müsbət bir haldır. Mən hesab edirəm ki, Kamal Abdulla əsərləri ilə yanaşı, ədəbiyyat sahəsində yazıları, publisistikası, yazıçı kimi cəmiyyətdə tutduğu mövqeyi və dünyada tanınmasına görə mükafata layiq olan şəxslərdən biridir. Ancaq seçim bir qədər mürəkkəb xarakter daşıdığından və gözlənilməz halların çox baş verdiyindən konkret demək mümkün deyil ki, Kamal müəllim bu il laureat olacaq, gələn il, yoxsa ondan sonrakı il. Yenə də gözlənilməz bir vəziyyət yarana bilər. Baxmayaraq ki, dünyanın böyük hesab etdiyi bir neçə yazıçının adını təxminən çəkmək olar.

Amos Oz, müsəlman dünyasının düşməni hesab olunan Salman Rüşdi, Julian Barnz, Mişel Uelbek, Mark Levi, Umberto Eko, o cümlədən, Kamal Abdulla ən layiqli namizədlərdir.

Hesab edirəm ki, yenə də müəyyən sürprizlə qarşılaşacağıq. Nobel mükafatçılarının tədqiqatçısı kimi deyə bilərəm ki, elm sahələri üzrə proqnoz vermək çox asandır. Hər hansı bir kəşf var və iqtisadiyyat, tibb, fizika və kimya sahəsində ən üstün olan kəşfə mükafat verilir. Sülh və ədəbiyyat üzrə mükafatlandırma isə müəmmalıdır.

Azyaşlı Malalaya, Obamaya Nobel sülh mükafatının verilməsi bəşəriyyəti xeyli təəccübləndirmişdi. Sülh üzrə Nobel mükafatının laureatları sırasında gördüyü işlərin həcminə görə Mehriban xanım Əliyevanın adını çəkmək mütləqdir. İlk dəfə bu məsələni Aynur Camalqızı qaldırmışdı. Aynur xanım öz versiyasını layiqincə əsaslandırıb Mehriban xanımın həm ölkədaxili, həm də ölkə xaricində gördüyü işlərə görə Nobel sülh mükafatına layiq olan şəxslərdən biri olduğunu sübuta yetirmişdi. Mənə belə gəlir ki, yaxın gələcəkdə Mehriban xanımın namizədliyi komitədə müzakirə oluna bilər".

Tarix
2015.10.07 / 13:43
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla