Yuxarı

Teatr direktorundan yeni qərar

Ana səhifə Kult Teatr
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Musiqili Teatrının yeni saytı istifadəyə veriləcək.

Teatrdan Axar.az-a verilən məlumata görə, 106-cı mövsümün başlanması ərəfəsində teatr rəhbərliyi yeni saytın yaradılmasıyla bağlı qərar verib. Teatrın direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev saytda bir sıra yeniliklər olacağını bildirib:

"Yeni saytın yaradılmasını şərtləndirən əsas səbəblərdən biri də bir sıra texnoloji yenilikləri tətbiq və istifadə etmək istəyidir. Yeni saytımızı hazırlayan yaradıcı və texniki heyət qabaqcıl dünya teatrlarının bu sahədəki təcrübəsindən maksimum yararlanmağa çalışır. İnanıram ki, ortaya yaxşı bir iş çıxacaq. Artıq tamamlanma işləri gedir. Yəqin ki, növbəti həftə üçün yeni saytımız hazır olacaq".

Qeyd edək ki, dünən Milli Kitabxanada baş tutan görüşdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov respublikanın teatr-konsert müəssisələrinin mətbuat xidməti və ədəbi dram hissə müdirləri ilə söhbətində teatrlarda reklam və informasiya vasitələrinin inkişaf etdirilməsindən danışıb.

Tarix
2015.10.07 / 17:25
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla