Yuxarı

Rektorun qızını döyənlərin şikayəti rədd edildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apellaysiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində təqsirləndirilən Elin və Zaur Məmmədov qardaşlarının barəsində olan hökmdən Baş Prokurorluğun verdiyi apellyasiya protestinə və qardaşların verdiyi apellyasiya şikayətinə baxılıb.

APA-nın məlumatına görə, məhkəmə apellyasiya protestini və apellyasiya şikayətini təmin etməyib. Onların barəsində olan hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Xəzər Universiteti rektorunun qızı Ülkər İsayeva martın 9-da Zaur və Elin Məmmədov qardaşları tərəfindən döyülüb. Hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Nəticədə Zaur Məmmədovun barəsində həbs qəti-imkan tədbiri, Elin Məmmədovun barəsində başqa yerə getməmək barədə qəti-imkan tədbiri seçilib.

Səbail rayon Məhkəməsinin hökmü ilə Zaur Məmmədov 11 ay 9 gün, Elin Məmmədov 7 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum ediliblər. Məhkəmə onların hər birinin aylıq qazancının 20 faizinin tutulması barədə də qərar qəbul edib.

Həmin hökmdən narazı qalan Baş Prokurorluq onların cəzalarının ağırlaşdırılması ilə bağlı apelyasiya protesti verib. Zaur və Elin Məmmədov isə onların barələrində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti veriblər.

Tarix
2015.10.09 / 00:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla