Yuxarı

Ərdoğanın qeyri-adi bəyanatı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Türikiyə Prezidenti Ərdoğan orijinal bir bəyanatla çıxış etdi. Türkiyənin lideri dedi ki, Rusiya qazından imtina edə bilərik: "Biz Rusiya qazının bir nömrəli alıcılarıyıq. Türkiyəni itirmək Rusiya üçün ağır nəticələr verə bilər".

Nə olmuşdur, nə baş verir, qardaş ölkənin liderini bunca sərt danışmağa, nəinki regionda, hətta bütün dünyada ən böyük ticari müttəfiqlərindən birini qaralamağa vadar edən nədir? Üzdə olan, rəsmi səbəb Rusiya təyyarələrinin Türkiyənin hava sərhədlərini pozması, əslində isə Suriyanın hərbi müxalifətini vurmasıdır.

Məlum olduğu kimi, Rusiya Suriyanın rəsmi müraciətindən sonra bu ölkəyə öz hava qüvvələrini göndərib. Sözdə İŞİD-in möqelərinə zərbə endirir, işdə isə Prezident Bəşər Əsədə müxalif olan bütün qüvvələri məhv edir. Bura ilk növbədə NATO-nun dəstəklədiyi hərbi müxalifət, sonra İŞİD, daha sonra isə məramı və milliyyəti məlum olmayan, bulanıq suda balıq tutan digər silahlı dəstələr daxildir. Bir sözlə, Suriyada hakimiyyət uğrunda vətəndaş və qeyri-vətəndaş müharibəsi gedir, Rusiya Bəşər Əsədiin tərəfində (hələlik hərbi hava qüvvələri ilə) döyüşür. Bu zaman da ya qəsdən, ya təsadüfən, Türkiyənin hava sərhədləri pozulur.

Amma əsas səbəblər daha dərindədir və yetərincədir. Əvvəla, Türkiyə NATO-nun üzvüdür və bu hərbi Alyans da, başda ABŞ olmaqla, Suriyada Bəşər Əsədi deyil, ona qarşı silahlı müxalifəti dəstəkləyir. Artıq aylardır ki, işdə ABŞ-ın, sözdə isə Alyansın hərbi təyyarələri Suriya səmasında atəşfəşanlıq edir. Nəticə də göz önündədir, dünən çiçəklənən müsəlman ölkəsi bu gün rəzil gündədir, Suriya artıq ikinci Əfqanıstan mislindədir.

Sonra, deyildiyi kimi, Rusiya Suriyada Bəşərin Əsədin tərəfində vuruşur, onun düşmənlərini - hərbi müxalifəti və İŞİD-i vurur. Regionda öz dövlətlərini yaratmaq istəyən və bu məsələdə Rusiyaya güvənən Suriya və İraq kürdləri də İŞİD-ə qarşı döyüşür. "Düşmənimin düşməni mənim dostumdur" prinsipindən yanaşsaq, Rusiyanın Suriyaya girməsi ilə kürdlərin də əli-ayağı açılıb. Kürdlər isə məlum olduğu kimi, Türkiyəyə qarşı ərazi iddiasında və PKK timsalında silahlı münaqişədədirlər. Düşünürük ki, Türkiyəni narahat edən və Prezident Ərdoğanı Rusiyaya qarşı sərt bəyanatlar verməyə vadar edən məhz bu səbəblərdir.

Amma Türkiyə Rusiya qarşı sanksiyalar tətbiq edə, yəni cənab Ərdoğanın dediyi kimi, Rusiya qazından imtina edə bilərmi? Hətta sadə araşdırmalar belə bu bəyanatın daha çox siyasi xarakter daşıdığını, reallıqdan uzaq olduğunu göstərir. Əvvəla, qaz xam neft deyil ki, Palmali şirkətinin yük gəmilərində Aralıq dənizi ilə İraqdan İstanbula daşıyasan. Bunun üçün yeni qaz mənbələri tapmaq (Azərbaycanın ehtiyatları kifayət etmir), yeni qaz nəqli infrastrukturu yapmaq (söhbət İran qazından gedir), bir sözlə, çoxlu pul və çoxlu vaxt sərf etmək lazımdır. Maliyyə böhranı və qış isə yaxındadır, artıq oktyabr ayıdır. Deməli, Rusiya qazından və infrastrukturundan istifadə Türkiyə üçün, ən azı, yaxın illərdə alternativsizdir.

Burda ilk baxışda görünməyən, olsun ki, çoxlarının fikir vermədiyi, amma Türkiyə prezidentinə çox gözəl məlum olan daha önəmli bir faktor da var. Siyasi karyerasına İstambul şəhərinin meri kimi başlayan cənab Ərdoğan yaxşı bilir ki, Türkiyənin nəinki regionda, hətta bütün dünyada ən böyük ticari müttəfiqi Rusiyadır. Türkiyə yüngül sənayesinin əsas istehlakçısı Azərbaycan, Ermənistan və Gürcüstan deyil (doğrudur, onların da payı var), Rusiyadır. Yalnız onu demək kifayətdir ki, Rusiyanın aşağı təbəqəsinin az qala yarısı, orta təbəqəsinin isə hamısı türk paltarı geyir, türk dəri və xəz gödəkçələrinə üstünlük verir. Bu isə nə az, nə çox, təxminən yüz milyon real alıcı (Türkiyə büdcəsi üçün on milyardlarla dollar) deməkdir ki, Türkiyədə və adı çəkilən üç kiçik ölkədə heç bu qədər əhali yaşamır. Rusiya neftdən, qazdan dolandığı kimi, Türkiyə də trikotaj, parça, dəri istehsalından dolanır. Türkiyə Rusiya qazını almayacağı təqdirdə, Rusiya da Türkiyə paltarını almayacaq. Kim ziyanda qalacaq, kim alternativ bazarlar tapacaq - hesablamaq elə də çətin deyil… Heç qələm-kağız da lazım deyil…Gürcüstan və Ukrayna nümunələri göz qabağındadır...

Tarix
2015.10.09 / 09:31
Müəllif
Qаlib Аrif
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla