Yuxarı

“Nuşirəvan müəllimin ünvanına deyilən sözləri…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhz parlament tərəfindən verilmiş səlahiyyətlər əsasında MTRŞ-in atdığı addımların hüquqiliyini dəyərləndirmək adı altında şəxsi gözdənsalma kampaniyasını bir an öncə durdurmaq lazımdır.

Bu barədə Axar.az-a Milli Televiziya və Radio Şurasının bir sıra verilişlərin bağlanmasına yönəlik qərarına münasibət bildirərkən millət vəkili Zahid Oruc söyləyib.

Deputat hesab edir ki, efir məkanını işğal etmiş və az qala mənəvi epidemiyaya çevrilmiş verilişlərin zərbəsi bütövlükdə millətə dəyir və bunu ermənilərin torpaqlarımıza təcavüzündən kiçik cinayət saymaq olmaz:

"Xalqın zövqünü, düşüncə aləmini, mədəni kimliyini və dəyərlərini ərazi bötüvlüyü qədər qorumasaq, malik olduğumuz yüksək dövləti nailiyyətləri əldə saxlamaq heç də asan olmayacaq. Ona görə də gerçəkliyimizi özündə əks etdirməyən ekran sifətlərinin, bayağı və vulqar səhnələrin, guya bir millətin ümumi yaşantılarının mənzərəsi kimi təqdim olunan sosial münaqişələrin efirdən həyata dönüşü bizi hər gün daha böyük suallarla üz-üzə qoyur. Televizyalar gerçəkdənmi güzgüdür? Milli Teleradio Şurasının efir məkanının milli mənliyimizə uyğun qurulmasına dair tələblərini süngü ilə qarşılamaq düzgün deyil. Məsələni şəxsi müstəviyə keçirmək televizyaları daha böyük fəsadlara aparır. Ona görə də 20 ildən artıq bir müddətdə dürüst, sadə və savadlı bir insan kimi tanıdığım Nuşirəvan Məhərrəmlinin ünvanına Mirşahin tərəfindən səslənən sərt epitetləri və ittihamları qəbul etmək mümkün deyil".

Millət vəkili bildrib ki, ANS-in müstəqillik tarixində daşıdığı missiyaya verdiyimiz qiymət heç bir halda bu gün onun efirində və digər kanallarda hökm sürən şou taununu örtməyə və ona bəraət qazandırmağa əsas vermir:

"Məhz parlament tərəfindən verilmiş səlahiyyətlər əsasında MTRŞ-in atdığı addımların hüquqiliyini dəyərləndirmək adı altında şəxsi gözdənsalma kampaniyasını bir an öncə durdurmaq lazımdır. Dəfələrlə Milli Məclisdə səslənən çağırışlar ondan ibarət idi ki, televizyaları qanun müstəvisinə gətirmək lazımdır. Üç gün əvvəl dediyim kimi, vəziyyət o həddə çatıb ki, bir çox televiziyaların tribunasından müharibənin başlandığı xəbəri yayılsa, xalqın böyük hissəsi bundan məlumatsız olacaq. Çünki insanlar belə efirdən uzaq düşməklə özlərini qoruyurlar. Ona görə də nə qədər gec deyil, dayanmaq və ərköyünlüyü durduraraq dövlət qurumunun qaldırdığı tələbləri yerinə yetirmək gərəkdir".

Qeyd edək ki, MTRŞ ölkədə yayımlanan bir neçə kanalla bağlı qərar çıxarıb. Qərara görə, bir sıra verilişlərin yayımı dayandırılıb.

Tarix
2015.10.09 / 11:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla