Yuxarı

2,5 milyon borclu abonent var – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaşlar payız-qış mövsümündə enerji təchizatı üçün bəzi narahatlıqlar yaşayırlar. Narahatlığa heç bir əsas yoxdur. Nə qədər təlabat varsa, hamısı ödəniləcək.

Bu sözləri Axar.az-a danışan Azərişıq ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev deyib. O, qurumun bu il gördüyü işlər barədə danışıb:

"İlk günlərdən başlayaraq yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesi davam etdirilir. Müasir Komplekt Transformator Məntəqələri inşa edilir.

Bu işlərlə yanaşı uzun illər istismar olunan ağac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir, açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uyğun gəlməyən alüminium naqillər özünüdaşıyan (SİB) izolyasiyalı kabellərlə dəyişdirilir.

Tədbirlər on minlərlə abonentin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərir. Bütün bunlara əsaslanaraq demək olar ki, Azərişıq tam şəkildə qışa hazırdır".

"Azərişıq" sözçüsü borclu abonentlərin sayından da danışıb:

"Azərişıq" hər zaman borclu abonentlərə müəyyən güzəştlər edib və etməkdə də davam edəcək. Hazırda borclu abonentlərin sayı 2.5 milyon nəfərə yaxındır".

Qeyd edək ki, ASC-i hazırda 14 rayonda yeni ofislərin tikintisinə başlayıb.

Tarix
2015.10.09 / 11:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla