Yuxarı

Neft niyə sürətlə bahalaşır? – Ekspert

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da və digər neft bölgələrində investorların sərmayə qoyuluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekspert hesab edir ki, 9 gündə iki rəqəmli qiymət yüksəlişinə imza atan xam neft məhsulları son dövrün rekord artımını rəsmilləşdirib:

"Oktyabr ayında dünya bazarında "Brent" markalı neftin qiyməti 11 faizə yaxın yüksəlib. Neftin dünya bazar qiymətində artımlar davam edir. Bununla da neftin dünya bazar qiyməti son 2 ayda ən baha qiymətə satılır. Qiymət artımına əsas kimi ABŞ-da açıqlanan iqtisadi göstəricilərdir. Belə ki, Birləşmiş Ştatlarda benzin tələbatının yüksəlməsi və bir sıra neft buruqlarının bağlanması enerji bazarına ciddi təsir göstərib. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, ötən ay ABŞ-da neft hasilatı gündəlik 120 min barrel azalıb. Bu, son 1 ildə ABŞ-da qeydə alınan ən aşağı istehsal göstəricisidir. Eyni zamanda, Birləşmiş Ştatlarda hasilatın azalacağı ilə bağlı proqnozlar verilməkdədir. Digər tərəfdən isə investorların yalnız ABŞ-da deyil, eyni zamanda, digər neft bölgələrində də sərmayə qoyluşunu azaltması müşahidə olunur ki, bu da neftin potensial təklifinə təsir göstərməkdədir".

Ekspertə görə, neft qiymətinin artımına daha bir əsas səbəb Rusiyanın Suriyada apardığı hərbi əməliyyatlardan sonra dünyanın ən böyük enerji hasilatçılarından olan Yaxın Şərqdə qeyri-stabilliyin yaranacağı ilə bağlı narahatlıqdır:

"NATO-nun son münaqişə ilə bağlı açıqlamaları və Rusiyanın regionda qalmaq istəyi hərbi əməliyyatların bütün Yaxın Şərqə yayılması təhlükəsi yaradıb. Bu isə potensial neft təklifinin azalacağı ilə bağlı investorlar arasında ciddi narahatlıq formalaşdırıb. Neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycan üçün olduqca faydalıdır. Bu, ölkəyə daxil olan valyutanın həcminin artmasının, büdcə gəlirlərinin çoxalmasının, monetar stabilliyin və dövlət rezervlərinin həcminin qorunub saxlanmasının əsas şərtlərindən hesab edilir".

Tarix
2015.10.09 / 11:54
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla