Yuxarı

Gitara üzünə dəydi: Diktator bacısını işdən qovdu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İn kiçik bacısı Kim Yo Çjonu şəxsi təhlükəsizlik xidmətindəki vəzifəsindən çıxarıb.

Axar.az xəbər verir ki, bu barədə İngiltərənin "Teleqraf" qəzeti məlumat yayıb.

Açıq mənbələrdən alınan məlumata görə, diktator 2013-cü ildə bacısını Koreya İşçi Partiyasının protokol xidmətinin rəisi vəzifəsinə təyin edib. Bundan əlavə, Kim Yo qardaşının siyasi müşaviri olub.

Qəzet qeyd edir ki, İsveçrədə təhsil alan Kim Yo Kim Çen İnin stilinə və onun təhlükəsizliyinə görə də məsuliyyət daşıyıb.

Bacı-qardaş arasında gərginlik isə bir müddət sonra yaşanıb. Gənclərlə görüş zamanı bir qrup dəstə təhlükəsizlik orqanlarının qurduğu canlı divarı yararaq, Şimali Koreya liderinə yaxınlaşa bilib.

Bundan əlavə, Kim Çenin kolxozlardan birinə səfəri zamanı onu ansambl qarşılayıb. Bu zaman gitaristlərdən birinin aləti təsadüfən Şimali Koreya rəhbərinin üzünə dəyib.

Tarix
2015.10.09 / 13:28
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla