Yuxarı

Ödənişli təhsil ləğv ediləcəkmi? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planının ləğv edilməsi, dövlət sifarişinin yalnız ixtisaslar üzrə müəyyənləşdirilməsi strateji hədəflərdəndir.

Bu barədə Təhsil Nazirliyindən Axar.az-ın ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerlərinin tədricən ləğv edilməsi haqda sorğusuna cavabda bildirilib.

Nazirlikdən deyilib ki, burada ödənişli təhsilin ləğvi deyil, ödənişli qəbulun həcminin müəyyənləşdirilməsinin, beynəlxalq təcrübəyə uyğun olaraq, ali təhsil müəssisələrinin səlahiyyətinə verilməsi nəzərdə tutulub:

"Prezidentin 2013-cü il 24 oktyabr tarixli nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın 3.1.16-cı yarımbəndinə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi qarşıda duran əsas vəzifələrdən biridir".

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov "Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ali məktəblərin ödənişli əsaslarla müəyyənləşdirilən plan yerləri tədricən ləğv ediləcəyini bildirmişdi.

Amma bununla bağlı son qərar verilmədiyindən ödənişli əsaslarla olan plan yerlərinin 2016-2017-ci və yaxud 2017-2018-ci tədris ilindən ləğv ediləcəyi hələlik məlum deyil.

Tarix
2015.10.09 / 13:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla