Yuxarı

“Salam Azərbaycan” bu klipə görə bağlanıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Milli Televiziya və Radio Şurasının ANS telekanalına iradları sırasında "Salam Azərbaycan" proqramının oktyabrın 5-də yayımladığı kadrlardakı ifadələr də əksini tapmışdı.

Axar.az xəbər verir ki, MTRŞ-in bildirdiyi iradların artıq vedio-yazısı Yutub sosial şəbəkəsində yayılıb. Həmin iradlarda "Metamarfoza" klipindəki bu sözlər qeyri-etik sayılmışdı:

Savaş gedir, qan tökülür azəri torpağında

Millət defile eyləyir düşmənin qabağında

Atəşkəsdən yararlanıb alver edir arada

Dədəm Qorqud sahə alıb Badamdar bağlarında

Koroğlunun gözü doymur yığdığı rüşvətlərdən

Natavan başçılıq edir ordumuza Dubayda

Anoloqu, ataloqu yoxdu bu savaşın,

Qaçaq Nəbi Mersedesdə göynən gedir, qardaşım.

İşi xoddur, biznesmendir, neft satır maşın-maşın.

Neftdən qabaq torpaq satıb dollara arşın-arşın.

İyirmi Yanvar yer altında bizi çəkir sınağa

İyirmi faiz yoxdur yer üzündə, ümid yoxdur sabaha

Oruc qəza, namaz batil, həccə getmirik daha

Babək göydələnlər tikir yaxın olsun Allaha

Yenə millət yola çıxıb həqiqət axtarmağa

Ağızlar hər an hazırdı söyüşə, qışqırmağa,

TV-lərdə Nuşirəvan rep oxuyur bayquşa

Fitnə şəxsi fitnes klubda öküz qaldırır başa

Qatır Məmməd dəstəsilə qaşlarını aldırır.

Saat 07.00-10.00 arası yayımlanan verilişdə aparıcı Cəlalə Nəzəroğlu aşağıdakı ifadələri işlədib və ardınca "Qan" qrupunun "Metamarfoza" mahnısı təqdim edilib:

"Bəzi şəxslər və qurumlar var ki, kimlərisə ya şəxs olaraq, ya qurum olaraq milli-mənəvi dəyərlərə əməl etməməkdə günahlandırırlar və bəzi şəxslər özləri buna əməl etmirlər.

Bunu tənqid eləyən həmin şəxsləri ifşa eləyən bir mahnı var. "Qan qrupu"nun ifasında. "Metamorfoza" adlanır bu mahnının adı. Həmin mahnını təqdim edirik".

Tarix
2015.10.09 / 14:11
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla