Yuxarı

Türkiyənin silahı bitir: ABŞ niyə vermir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ rəsmi Ankaranın uzun müddətdir tələb etdiyi dörd müxtəlif silah sistemini verməkdən imtina edir.

Axar.az xəbər verir ki, buna səbəb iki NATO müttəfiqi arasında Yaxın Şərq mövzusundakı fikir ayrılığıdır.

Türkiyənin milli təhlükəsizlik baxımından əhəmiyyətli gördüyü, ancaq ala bilmədiyi silah sistemlərini təqdim edirik:

Silahlı pilotsuz uçan aparatlar (PUA)

Türkiyənin ABŞ-dan almaq istədiyi silahlar arasında ən əhəmiyyətli yeri PUA-lar tutur. Ankara həm MQ-1 Predator, həm də MQ-9 Reaper PUA-lardan əldə etmək istəyir. Silah alışı üçün 2008-ci ilin dekabrında və 2009-cü ilin fevralında Vaşinqtona iki məktub göndərilib. 2010-cu ildə İranın nüvə proqramı ilə bağlı Türkiyə və Braziliyanın Tehranla müqavilə imzalaması silah satışını ləngidib.

Döyüş helikopterləri

Ankara döyüş helikopterləri almaq üçün ABŞ-ın "Amerikan Sikorski" şirkəti ilə 2011-ci ilin aprelində müqavilə bağlayıb. 2014-cü ilin fevralında isə helikopterlərin Türkiyədə istehsalı üçün müqavilə şərtləri yenilənib. Müqaviləyə görə, Türkiyə şirkətdən 109 vertolyot alacaq. Həmçinin Türkiyədə istehsal olunan helikopterlər xarici ölkələrə ixrac ediləcək. Lakin ABŞ rəhbərliyi hələ də satış müqaviləsini təsdiq etməyib.

Ağıllı silahlar

Bu silahlar Türkiyə üçün PKK ilə mübarizədə son dərəcə vacibdir. Qısaca PGM adlanan, hədəfi dəqiqliklə məhv edə bilən silahlar mülki insan itkilərinin qarşısını almaq üçün sifariş verilib. 2010-cu ildən bəri Türkiyə Silahlı Qüvvələrinin invertarındadır. ABŞ rəhbərliyinin icazəsi ilə limit dolmadığı üçün "Boeing" şirkətindən JDAM silahlarının da alışı davam edir. Ancaq problem satış müqaviləsinin yaxın vaxtlarda bitməsidir. Vaşinqtonun isə müqaviləni uzatmaq fikri yoxdur.

Freqatlar

Türkiyə ehtiyyat hissələrinin daşınması üçün 3 ədəd "Oliver Hazard Perri" freqatı almaq niyyətindədir. Sözügedən döyüş gəmiləri 2012-ci ildə ABŞ donanmasının invertarından çıxarılmışdı və Vaşinqton rəhbərliyi həmin gəmiləri Türkiyəyə göndərməyi qərara almışdı. Lakin 3 il keçməsinə baxmayaraq, Konqres qanun layihəsini qəbul etməyib.

Tarix
2015.10.09 / 16:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

PA rəsmisindən Rasmussen paylaşımı: Pullar danışır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla