Yuxarı

“Mən Macarıstanda kamerada yatanda o, görüşümə gəldi”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Adil Əliyev vətənimizin fəxr edəcəyi övladlarından biridir. Cəmiyyətimizdə belə insanların olması hamımız üçün qürurvericidir.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan zabiti Ramil Səfərov Adil Əliyevə həsr olunan "Adil insan" kitabındakı yazısında qeyd edib. R.Səfərov bildirib ki, Adil Əliyevin şəxsiyyətini 3 kateqoriya ilə xarakterizə etmək olar:

"İnsani üstünlükləri; idman sahəsindəki fəaliyyəti; millət vəkili kimi fəaliyyəti. Hər üç kateqoriyanı yüksək qiymətləndirirəm və dəyər verirəm. Hər üçü də Adil Əliyevin şəxsiyyətində birləşib. Bunlar onun fəaliyyətinin ana xəttini təşkil edir. İnsan olaraq onun sadəliyi, əlindən gəldiyi qədər insanlara kömək etməyə çalışması, onların qayğısına qalması onun yüksək insani keyfiyyətlərə malik olduğunu göstərir. İdmançı kimi idmana olan münasibəti, xüsusilə rəhbəri olduğu Kikboksinq Federasiyasının güclü inkişafını, bu idman növünün cəmiyyətdə özünəməxsus yer tutmasını, mütəmadi olaraq beynəlxalq yarışların keçirilməsini, xarici ölkələrdə idmançılarımızın uğurlar qazanmasını və Azərbaycan bayrağını yüksəklərə qaldırılmasını ölkəmizdə hər kəs bilir. Adil Əliyevin Azərbaycan idmanına töhfələri çoxdur və bu, idmanımızın inkişafına səbəb olur.

Bugünün idmançıları gələcəyin əsgərləridir. Mən bir zabit kimi əsgər və zabitlərimizin idmanla məşğul olmalarını arzu edirəm. Onların intellektual səviyyələrinin yüksək olması ilə yanaşı, fiziki hazırlıqlarını da əsas götürürəm. Çünki hərbi xidmət fiziki qabiliyyət üzərində qurulur. Arzu edirəm ki, hərbi xidmətə gələn əsgərlər keçmişdə hansısa idman növü ilə məşğul olsunlar. Bu mənada idman fəaliyyətlərinə dəstək verən insanların əməyini qiymətləndirməmək olmur. Adil Əliyevin bu sahədə gördüyü işlər təqdirəlayiqdir.

Federasiyanın gənclər arasında zərərli vərdişlərin aradan qaldırılması, onların idmana meyllənməsində uğurlu layihələri haqqında məlumatlıyam. Bunlar ictimaiyyətin gözü qarşısında baş verir. Federasiya sistemli şəkildə Azərbaycan gəncliyini idmana istiqamətləndirir. Yaxşı bilirəm ki, onlara orada təkcə əlbəyaxa döyüş növləri tədris olunmur. Eyni zamanda maarifçilik təbliğatı aparılır. Onlara əxlaqi tərbiyə aşılanır. İdmançılara vətənpərvərlik hisləri öyrədilir. Biz isə onları ordu sıralarına qəbul etməklə onlara hərbi bilikləri öyrədirik. Bu, vəhdət şəklində gedir. Bu iki istiqamət ordumuzun güclənməsinə və birliyinə müsbət təsir edir. Beləliklə də Adil Əliyev və onun kimi insanların gördüyü işlər Azərbaycanın daha da möhkəmlənməsinə xidmət edir.

Adil Əliyev millət vəki kimi Azərbaycan parlamentinin fəal vəkillərindəndir. Ümummilli məsələlərə bağlı önəmli fikirlər ortaya qoyur. Seçiciləri ilə daim maraqlanır və onlarla sıx-sıx görüşlər keçirir. Onun siyasi-ictimai fəaliyyəti, ölkə daxilində və beynəlxalq tədbirlərdə iştirakı göz qabağındadır. Fəal şəkildə Azərbaycan adına, milli maraqlarımız naminə maraqlı çıxışlar edir.

Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır və belə olan halda ölkə gəncləri arasında vətənpərvərlik ruhunun qalxmasına böyük ehtiyac var. Dəfələrlə şahidi olmuşam ki, Adil Əliyev hərbi hissələrdə görüşlər keçirib və gənc əsgər və zabitlər arasında çıxışlar edib, vətənpərvərlik hissinin güclənməsinə öz töhfəsini verib. Adil Əliyev mütəmadi olaraq ön cəbhədə xidmət edən heyətlə də görüşlər keçirir.

O, Ali Baş Komandan İlham Əliyev cənablarının ordumuzla bağlı siyasətində aktiv rol alan millət vəkillərimizdəndir. Cəbhə bölgəsinə səfərlər təkcə əsgərlər arasında deyil, zabitlər arasında da ruh yüksəkliyinə səbəb olur. İnsanın unudulmasından qorxulu heç nə ola bilməz. Əsgər və zabitlərimiz cəmiyyətdən müəyyən qədər təcrid həyat şəraitində fəaliyyət göstərirlər. Odur ki, belə səfər və görüşlər psixoloji cəhətdən hərbçilərə gərəkli dəstəkdir. Xüsusilə, onlarla görüşə cəmiyyətdə xeyirli işləri ilə tanınan insanlar gedirsə, bu, daha çox müsbət təsir göstərir.

Adil Əliyevin cəbhə bölgəsinə səfərləri həqiqi mənada şəxsi heyət arasında çox müsbət təsirlərini göstərir və mən bunu çox gözəl bilirəm. Həyatımın ən yadda qalan anlarından biri də Macarıstanda həbsxana həyatı yaşayarkən Adil müəllimlə görüşümdür. Bu görüş heç bir zaman yadımdan çıxmayacaq.

Təkadamlıq kamerada olan insan üçün belə bir görüşün nə demək olduğunu təsəvvür etmək çətin deyil. Görüş mənə çox yüksək əhval-ruhiyyə verdi. Onunla çox maraqlı söhbətlərimiz oldu. Hər sözünün sonu mənə ürək-dirək verməklə bitirdi. Müəyyən məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Belə bir söz var: məhkəmədə cəzanı alan məhkum olur, ancaq cəzanın və məşəqqətli həyatın ağırlığını həm də onun ailəsi çəkir. Adil Əliyev mütəmadi olaraq mənim ailəmlə maraqlanıb və onlara böyük diqqət ayırıb. Ailəmizlə bağlı çox böyük işlər görüb. Xüsusilə, anam xəstə olarkən ona çox böyük yardımlar göstərib. Bu barədə atam mənə danışır və məlumatlar verirdi. Mən bunları heç bir zaman unuda bilmərəm və bu, həmişəlik yaddaşıma həkk olub.

Adil Əliyevin bu diqqəti ailəmiz tərəfindən heç vaxt unudulmayacaq. Fürsətdən istifadə edib bir daha Adil Əliyevə təşəkkürümü və minnətdarlığımı bildirirəm. Onunla dostluğumuzun təməlində qeyd etdiyim və sözlə bitməyəcək keyfiyyətlər durur".

Tarix
2015.10.09 / 20:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla