Yuxarı

Əliyevin hakimiyyətə gəlməsi Qarabağ ermənilərini..

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Cəbhə xətti" layihəsində

Yunus Rza oğlu Hüseynov 1935-ci il sentyabrın 15-də Qarabağın dilbər guşəsi olan Şuşa şəhərində anadan olub. 1960-cı ildə ali Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə yüksək nəticə ilə qəbul olub. 1965-ci ildə universiteti bitirəndə təyinatını Şuşa şəhərinə alıb və 1992-ci il mayın 8-ə qədər Şuşa şəhərində məktəb direktoru, tədris işləri üzrə direktor müavini, rayon təhsil şöbəsində inspektor vəzifələrində çalışıb. 1992-ci il mayın 8-də Şuşa ermənilər tərəfindən işğal edildikdən sonra Bakıya gəlib. 1997-ci ildə BDU tarix fakültəsinin dissertantı qəbul edilib və "Qarabağnamələr Azərbaycan tarixini öyrənmək üçün mənbədir" əsərini işləyib. 2009-cu il dekabrın 25-də AMEA-nın Tarix İnstitutunda tarix üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Bu hadisəyə görə heç bir erməniyə...

- Erməni xisləti olduqca mürəkkəb xislətdir. Bunu tədqiq eləmək, aydınlaşdırmaq bir qədər çətindir. Ermənilər 50-ci illərdən sonra azərbaycanlıların Qarabağdan, o cümlədən, Qarabağın xanlıq dövründən paytaxtı olan Şuşadan ən savadlı ziyalıların ləkələnib, çıxıb başqa yerə getmələri uğrunda mübarizə apardılar. Dağlıq Qarabağda, əsas da Şuşada ziyalılara qarşı, Şuşa şəhərinə qarşı repressiya olub. Şuşada tarixi abidələrin qorunub saxlanılması uğrunda mübarizə aparan azərbaycanlı ziyalılara divan tutuldu. 1967-ci ildə ermənilər Xankəndində iki

azərbaycanlını yandırdılar. Bu, ermənilərin bizə olan düşmənçiliyini açıq-aşkar sübut edirdi. Onlar maşında erməni nəzarətçinin iştirakı ilə yandırılmışdılar. Bu hadisəyə görə heç bir erməniyə "gözün üstündə qaşın var" deyən də olmadı. Ermənilər bizim şəhərə gələndə özlərini ağa kimi aparırdılar. Onlar demək olar ki, azərbaycanlıları saymırdılar. Biz azərbaycanlılar ermənilərin məkrli siyasətinə qarşı çıxanda o dövrün hakimiyyətinin başında duranlar bizi ləkələyib, milli münasibətlərin korlanması pərdəsi altında damğa vururdular. Məsələn, 1968-ci ildən sonra Şuşada ab-hava xeyli yaxşılaşdı. Çünki ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi Dağlıq Qarabağ ermənilərinin azğınlığının qarşısının alınmasında böyük rol oynadı. 1982-ci ildən sonra isə ermənilər yenidən zəhərli ilan kimi baş qaldırmağa başladılar. Çünki o dövrdə Heydər Əliyevin Moskvaya rəhbər vəzifəyə getməsi ilə əlaqədar olaraq Azərbaycanda hakimiyyətə gələnlər ermənilərin qarşısını ala bilmədilər. Hətta mənim yadımdadır ki, Gevorkov Azərbaycan Kommunist Partiyasının rəhbərlərinə deyirdi ki, filankəs, bizim torpağa xoş gəlmisən. Gevorkovla Kamran Bağırovun bu dialoqunu hamı bilir. 1967-ci ildə akademik Aqambekyan Parisdə "Maneta" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağın iqtisadi cəhətdən Ermənistana birləşdirilməsi barədə fikir söylədi. Bundan sonra ermənilər başladılar "Miatsum-miatsum" deyib özlərinin məkrli siyasətlərini yeritməyə. Tədricən 1988-ci ilin fevralından başlayaraq ermənilər anti-Azərbaycan qiyamı qaldırdılar. Azərbaycan bayrağını rayon partiya komitəsinin binasının qabağından götürdülər, Ermənistan deyilən oyuncaq dövlətin bayrağını ora sancdılar.

Ayaz Mütəllimova demək istədim ki...

- Deməli, Qarbaçovun bu məsələyə münasibəti erməniləri daha da qızışdırdı. Xalqımızın qəddar düşməni Zori Balayan, Kaputikyan və başqaları erməniləri Qarabağa yönəltdi. Ondan sonra Qarabağda vəziyyət ermənilərin xeyrinə tamamilə dəyişdi. SSRİ-nin tərkibinə daxil olan müstəqil respublikalar, muxtar vilayətlər və mahallarla müqayisədə Dağlıq Qarabağ hamısından üstün idi. Küçələr asfalt, gözəl parklar, binalar, sənayenin və kənd təsərrüfatının inkişafı və s. bütün bunlar göstərirdi ki, ermənilər yalançı pərdə altında çıxış edirlər. Məqsəd torpaq məsələsi idi. Bir də bir şeyi də xatırlatmaq istəyirəm ki, Azərbaycanda aparıcı qüvvə Azərbaycan türkləri olub. Çünki gürcülərin də, ermənilərin də Cənubi Qafqazda torpağı yoxdur. Mən həmişə ermənilərin torpaqlarının olmamasından həm öz, həm də rus alimlərinin, rus diplomatlarının yazdıqlarını deyəcəm. Məsələn, Şaura imperatora yazır ki: "Cənab imperator, Cənubi Qafqazda yaşayan bir milyon 300 nəfər erməninin bir milyonu biz tərəfdən başqa vilayətlərdən köçürülüb gətirilən ermənilərdir".

Şuşada hava gözəl idi

Şuşa camaatı qətiyyətlə çıxış elədi. Erməniləri tezliklə susdurulmasını Azərbaycanın mərkəzi hakimiyyətindən tələb edirdilər. Onlar da bu işə biganə qalırdılar. Ermənilər 1988-ci ilin sonu 1989-cu ilin yayında Dağlıq Qarabağın xeyli hissəsini ələ keçirəndən sonra Bakıda yaşayan bir qrup ziyalı Mədəniyyət evindən Ayaz Mütəllimova zəng elədilər. Dedilər ki, olarmı bircə dəqiqə Ayaz müəllimlə danışım? Şuşa təhlükə altındadır. O dedi ki, məşğuldur. Dedi ki, xahiş edirəm, bircə dəqiqə vaxtını mənə sərf etsin, Şuşa haqqında ona məlumat verim. Tədbir görsün, şəhər əldən gedir. Dedi yox, mümkün deyil. "Danışmağa vaxtı yoxdur" deyəndə bir neçə ağır cümlələr eşitdi. Dedim ki, gələcəkdə Azərbaycan xalqının qarşısında cavab verməli olacaq. Doğrudan da elə oldu. Ara qarışdı, Yaqub Məmmədov Ali Sovetin sədri seçildi. Erməni bundan daha yaxşı istifadə etdi. O, İrana hansısa müşavirəyə getdi, erməni hücum eləyib ayın 8-də Şuşanı götürdü. 1992-ci il may ayının 7-də Şuşada hava gözəl idi. Ayın 8-ə keçəndə gecə 3-ə işləyəndə ermənilər 4 tərəfdən Şuşanı top, pulemyot və tank atəşinə tutdular. Adam başını qapıdan çıxarda bilmirdi. Şəhərin üstünü barıt tüstüsü tutmuşdu. Küçəyə çıxan vurulurdu.

Daşaltı əməliyyatı yersiz idi

Şuşadakı özünümüdafiə batalyonlarından birinə Azərbaycan Milli Qəhrəmanı, tələbəm Ramiz Qəmbərov, birinə Fəxrəddin Səfərov başçılıq edirdi. Bunlar hər ikisi cəbhənin, döyüşün ən qızğın yerində fəaliyyət göstərirdilər. Ramizi Siçanlı dərə deyilən meşədə ermənilər vurdular. O vurulanda çoxları yaralanmışdı. Ölənlər də var idi. Artıq unutmuşam. Ramizi döyüş meydanından Fəxrəddin çıxardıb. Hələ Fəxrəddinin özünün salamat qurtarmağı da möcüzədir. Ramizi Şuşaya gətirdilər, xəstəxanada əməliyyat olundu, lakin həkimlər onu qurtara bilmədilər. Çünki ciyəri parçalanmışdı.

Döyüşən batalyon rəhbərləri Şuşanın rayon partiya komitəsinin akt zalında şuşalıların da iştirakı ilə qoşun nümayəndələrinin birgə toplantısını keçirtdilər. Ramiz durdu ayağa, dedi ki, əgər Şuşa əldən getsə, sizin hamınızı güllələyəcəm. Onlar da cavab verdilər ki, bizi bura göndərən Müdafiə Nazirliyidir, heç kim Şuşaya girə bilməz, Şuşa alınmaz qaladır. Sözlərlə camaatı aldatdılar. Şuşanın alınması üçün keçirilən Daşaltı əməliyyatı tamam yersiz idi. Səhər idi. Mən çıxdım Bazarbaşına, gördüm ki, nüdafiə naziri və yanında da 15-16 yaşında uşaq. Həmin oğlan uşağının da çiynində avtomat. Ağsaqqal şuşalı Məhərrəm Quliyev dedi ki, bu əməliyyatı həyata keçirə bilməyəcəklər, o uşaq da yazıqdır. Əməliyyat başlayandan 2 saat sonra demək olar ki, ora gedənlərin 80 faizi məhv oldu. Ermənilər yüksəklikdə, bunlar aşağıda. Avtomatın gülləsinin qabağına verib şuşalıları qırdırdılar. O əməliyyat tamam alt-üst oldu. Çünki o planı ermənilərə əvvəlcədən vermişdilər. Bəzi informasiya agentlikləri gəlib Şuşada mövqeyi çəkirdi, erməni səhəri gün oranı vururdu. Bir deyən yox idi ki, siz niyə belə edirsiniz? Hərbi sirri vermək olar? Əgər obyekti sən möhkəmləndirmisənsə, Kis dağının ətəyindən sən səngər qurmusansa və onu nümayiş etdirirsənsə, bunun nə mənası var?

Təəssüf ki, bunu etmədilər

Şuşa camaatı əlindən gələn köməyi edirdi. Yeməklərindən tutmuş paltarlarının yuyulmağına qədər hər şeyə kömək edirdilər. Çünki Şuşa mühasirədə idi. Bakı ilə bircə Laçın, Qubadlı yolu ilə əlaqə saxlaya bilirdik. O qədər yolu dolanırdıq. Əsgərana keçə bilmirdik. Hamımız deyirdik ki, bizi silahlandırın, qırılaq, amma Şuşanı erməniyə verməyək. Təəssüf ki, bunu etmədilər.

Şuşa əlimizdə qalardı

Birinin qolu, birinin qıçı yox idi, birinin sifəti yanmışdı. Adam baxanda dəhşətə gəlirdi ki, bu cür gözəl oğlan, bu qamətdə oğlan niyə bu günə düşsün? Düzdür, indi bəziləri deyirlər, Şuşanı müdafiə eləmək olardı. Amma bir şeyi nəzərə almaq lazımdır ki, indiki hərbi texnikanın qabağında alınmaz qala yoxdur. Ancaq Şuşanın müdafiəsini o vaxtkı hərbi nazir kim idisə, o sıradan çıxartdı. Əlbəttə ki, əvvəlcədən işbilməyənlər ulu öndər Heydər Əliyevi Bakıya gətirsəydilər, Şuşa əlimizdə qalardı.

Bilmirsən ki, Rəhim Qazıyev Şuşanı verəcək?

Döyüşlər əsasən ermənilərlə Şuşanı müdafiə edənlərin arasında gedirdi. Bu sahədə Şuşanın özünümüdafiə batalyonu xüsusilə fəallıq göstərirdi. Çünki o döyüşçülər Şuşanın relyefinə – cığırlarına, yollarına bələd idilər. Lənkərandan gələn adam Şuşanın giriş-çıxışını haradan bilə bilərdi? Şuşa nə qədər ki, müdafiə olundu, bax o yerli özünümüdafiə batalyonunun hesabına oldu. Elə ki o batalyonların qarşısını almağa başladılar, erməniyə yol açıldı.

Hadisələr baş verəndə Şuşanın o vaxtkı polisi, İcra hakimiyyəti ancaq yerli özünümüdafiə batalyonlarına rəhbərlik edə bilirdilər. Kənardan gələnlər imkan vermirdilər. O dövrdə bir nəfər icra hakimi var idi. Mən ona zəng elədim ki, niyə oturmusunuz? Rəhimi niyə buraxmısınız şəhərə? Sən bilmirsən ki, Rəhim Şuşanı verəcək? O mənə dedi ki, mən neynəyim, məni stoldan götürüb özü oturub. İndi o adam dünyasını dəyişib, adını çəkmək istəmirəm.

Ermənini sevən ancaq vəhşi heyvan ola bilər

Şuşadan sonra Bakıda məskunlaşdıq. Fəailiyyətinə davam edən Şuşa şəhər 1 nömrəli məktəbində müəllimlik elədim. Övladlarım ali məktəbi qurtardılar. 3 övladım var: 2 oğlum, bir qızım. Oğlum Rüstəm veterandır. Şuşada döyüşüb. Şuşa batalyonunun ən fəal əsgəri olub. Şəhərin aşağı məhəlləsində təşkil edilən könüllü özünümüdafiə batalyonunda döyüşürdü. İqtisadiyyat universitetini bitirdi. Hazırda daşınmaz əmlakla iş üzrə Əmlak Nazirliyində şöbə müdiri işləyir. Qızım Şuşa musiqi texnikumunda piano müəllimidir. İkinci oğlum isə 1994-cü ildən sonra Moskvada yaşayır, ailəlidir. Bütün şuşalıların ata-babadan qalan zəngin nələri var idisə, erməni faşistlərinin əlinə keçdi, dağıdıb talan elədilər. Tarixi xronologiyaya da baxsaq, görərik ki, erməni acan kimi qarətə başlayır. İstər 1905-1906-cı illər olsun, istər 1918-1920-ci illər.

Erməni alim mənim haqqımda demişdi ki...

Bakıda nə qədər Şuşa məktəbi fəaliyyət göstərirsə, bütün şuşalı müəllimlər Şuşa haqda, Şuşanın tarixi haqda, xüsusilə Qarabağ xanlığının tarixi haqda mütəmadi olaraq dərsdə beş dəqiqə də olsa, vaxt ayırıb danışırdıq. Süleyman Ələsgərova, Üzeyir Hacıbəyli kimi bəşəri dahilər haqda, Əhməd bəy Ağaoğlu, Firudin bəy Köçərli haqda, Azərbaycanın qaymağı olan düşünən beyinlər haqda mütəmadi məlumat verirdik. Uşaqlara inşalar yazdırırdıq. O inşalar rayon təhsil şöbəsi tərəfindən qiymətləndirilirdi. Uşaqlar həvəsləndirilirdi. O işlər hazırda davam edir. Mən bütün oxucuları, tələbələrimi inandıra bilmişəm ki, ermənilər Qafqaza, o cümlədən, Qarabağa sonradan gəliblər. Mənim xarici ölkələrdə Qarabağ həqiqətlərini yaymaq üçün onlarla elmi məqaləm dərc olunub. Bu məqalələr Ukraynada, Rusiyada, Gürcüstanda çıxan elmi jurnallarda dəfələrlə nəşr edilib. 2010-cu ildə Moskvada "Вопросы гуманитарных наук" jurnalında "Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir" adlı məqaləm dərc olunub. Bu məqalədə mən ermənilərin tarixini, ermənilərin Cənubi Qafqaza gəlməklərini, o cümlədən tarixini ciddi araşdırmışam və ermənilər haqqında olan tarixi məlumatları həmin jurnalda yenidən özləri bildikləri kimi işləmişdilər. Bu barədə AMEA-nın Tarix İnstitutuna məlumat verildi. Onlar razılaşmayıb məni dəvət etdilər. Məlumat verdilər ki, sənin məqalənin başlığı dəyişdirilib və bir neçə abzas ixtisar edilib. Mən isə dedim ki, həmin məqalə eynilə göndərilsin və onlarla bağlanan müqavilə pozulsun. Düz 18 dəfə yazışmadan sonra onlar üzr istədilər ki, jurnal nəşr olunub, müxtəlif ölkələrə göndərilibdir və dəyişdirmək mümkün deyil. Biz müəllifdən üzr istəyirik. Nəhayət jurnal gəldi. Mən baxdım ki, ermənilər haqqında olan iki abzası çıxarılıb. Həmin məqaləni eynilə Gürcüstana – "Kafkaz" jurnalına göndərdim və orada dəyişdirilmədən çap etdirdim. İndi həmin jurnal ilə əlaqə saxlamıram. Çünki orada şöbə müdiri Mardakertdən olan ermənidir. Filologiya elmləri doktorudur. Orada mənim tanışımla söhbət edərkən demişdi ki, bu adam kimdir? Təkcə Şuşalı budurmu? Həmişə o bizim haqqımızda belə yazır, bizi biabır edir, hətta təhqirə keçir. O da cavab verib ki, bu adam əslən şuşalıdır, sizin tarixinizi araşdırır və sizin özünüzün alimlərinizin yazdığını sizə göndərir.

Bugünkü Azərbaycan gəncliyindən razıyam. İctimai yerlərdə də görürəm ki, azərbaycanlı gənclər vətənin bütövlüyü uğrunda canından keçməyə hazırdır. Bu yaxınlarda bir toplantıda iştirak elədim. Orada Qarabağ məsələsi müzakirə olunurdu. Bəzi yoldaşlar deyirdilər ki, Qarabağ uğrunda ölmək lazımdır. Orada olan gənclərin bir qismi dedi ki, biz Qarabağ uğrunda ölmək yox, Qarabağın alınması uğrunda mübarizə aparmağa hazırıq. Bizə ölüm yaraşmır, ölüm erməniyə yaraşır. Bax elə indiki müdafiə naziri əvvəldən nazir olsaydı, erməninin gözünün odu çoxdan alınmışdı.

Qarabağ qayıdacaq?

Mən inanmıram ki, erməni özxoşuna o torpaqdan çıxa. Amma mənim inamım Azərbaycan ordusunadır. Ordumuz erməniyə elə bir divan tutacaq ki, erməni əsrlər boyu öz qəddini düzəldə bilməyəcək. Almanların günəşi Moskvada sönüb, bel sütunları da Stalinqradda sındığı kimi ermənilərin də bel sütununu Şuşada, Qarabağda sındıracağıq.

Tarix
2015.10.12 / 09:00
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla