Yuxarı

İrəvanın yarısını satın alan erməni

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan parlamentinin sədri Qalust Saakyan müsahibələrində özünün və ailəsininbiznesi olmadığını bildirsə də, İrəvanın bir çox marşurt xətləri, tikinti, səhiyyə, ticarət sahələrində bir neçə şirkət onun ailə biznesinə daxildir.

Axar.az Regional Sabitlik və Təhlükəsizlik Mərkəzinə istinadən xəbər verir ki, erməni mətbuatında parlament sədrinin biznesinin onun həyat yoldaşı Janna Ağababyan tərəfindən idarə edildiyi bildirilir. Ancaq reallıqda Saakyanın biznesinin həyat yoldaşının qardaşı, erməni parlamentinin deputatı Aşot Ağababyanın adına qeydiyyatda olduğu üzə çıxıb. Oğlu Arman Saakyan Dövlət Əmlakının İdarə Edilməsi Departamentinin rəisi, ikinci oğlu Tiqran Saakyan səhiyyə nazirinin müavinidir. Yeni məlumata görə, Arman Saakyan İrəvanın Davtaşen inzibati bölgəsində yerləşən 200 nömrəli məktəbi özəlləşdirərək özünün biznes sahəsinə əlavə edib. Ailə biznesinə aid müəssisələrin bir qismi bunlardır:

1. Gələcək səhiyyə tibb mərkəzi MMC - Eçmiədzində yerləşən tibb mərkəzinin səhmlərinin 50 faizi Janna Ağababyana məxsusdur.

2. Mediapriz MMC-nin 50 faizi Janna Harutyunyana aiddir. Maraqlı cəhət budur ki, Janna Harutyunyan elə Janna Ağababyanın özüdür. Lakin onun niyə başqa soyadda qeydiyyatda olması məlum deyil. Şirkət Eçmiədzində yerləşir.

3. J.D.A.S. LTD – Saakyanın arvadı Janna Ağababyana və oğluTiqran Saakyana məxsusdur. Şirkətin səhmlərinin 66 faizi Tiqran Saakyana, 34 faizi Janna Ağabekyana aiddir. Şirkətin əsası 2000-ci ildə qoyulub.

4. Ata və oğul Saakyanlar QSC – Saakyan ailəsinə məxsusdur. Şirkət 2009-cu ildən yaranmış, ilk 4 ayda Janna Ağabekyan rəhbərlik etmiş daha sonra isəNorayrAperyan rəhbərlik edir. NorayrAperyan həm də J.D.A.S. LTD-yə rəhbərlik edir.

5. NAREK-84 MMC ev əşyaları, tekstil, ayaqqabı, geyim, tikinti, kosmetik materiallarının ticarəti ilə məşğul olur. Şirkətin 50 faizi Tiqran Saakyana aiddir. Şirkət hal-hazırda müvəqqəti işləmir. 1996-cı ildə yaradılıb.

6. Ardinistudiya QSC Saakyanın digər oğlu Arman Saakyana məxsusdur. Şirkətin nəzdində İrəvanın 57 nömrəli avtobusu xidmət göstərir.

7. Sa-da Trans MMC - əsası 2001-ci ildə qoyulub. Şirkət səhmlərinin 50 faizi Arman Saakyana, digər yarısı isə İrəvan sakini Arsen Qazaryana məxsusdur.

8. Arman Saakyanın qaynı Rafael Hakobyana məxsus Jak-Jan LTD şirkəti İrəvanda 37 nömrəli mikroavtobusun istismarı ilə məşğuldur.

Tarix
2015.10.12 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla