Yuxarı

Obama Suriya məsələsində Putinə uduzur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur.

Axar.az xəbər verir ki, bu haqda "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu açıqlama verib. Rusiya Prezidenti Vladimir Putinin bu həftə Suriyadakı bombardmanla bağlı müsahibəsinə toxunan politoloq Vaşinqtonun planlarının Rusiya tərəfindən pozulduğunu deyib:

"Putin açıq deməsə də, ABŞ İŞİD-i ona görə məhv etməkdə maraqlı deyil ki, terrorçular Əsədin axırına çıxsınlar. Putinin sözündə müəyyən qədər həqiqət var. ABŞ və Türkiyə ilk növbədə Əsəd hakimiyyətinin yıxılmasını istəyir, daha sonra terrorçulara keçməyi planlaşdırırlar. Ancaq Vaşinqtonun planını Rusiya pozur. Çünki Putin hərbi təyyarələri və Xəzərdən atdığı raketləri ilə Əsəd ordusunu gücləndirməyi hədəfləyib. Təsadüfi deyil ki, bu zərbələrdən ruhlanan Əsəd ordusu İŞİD mövqelərinə qarşı quru əməliyyatları həyata keçirirlər. Bu da Kremlin planıdır ki, bombardmanların müsbət nəticəsi olsun və Rusiyanın gücü görünsün. Maraqlıdır, buna Pentaqonun cavabı nə olacaq? Hazırda Ağ Ev sahibi Barak Obama hələ ki, Suriya məsələsində Putinə uduzur".

Tarix
2015.10.12 / 09:32
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla