Yuxarı

İbrahim Nehrəmli 1.5 milyon verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avesta" Konserni ilə Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti arasında məhkəmə çəkişməsi davam edir.

Report-un xəbərinə görə, Ali Məhkəmə işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb.

"Avesta" Konserninin sahibi İbrahim Nehrəmli "Report"a açıqlamasında məlumatı təsdiqləyib. O, vergi borcunun "Khazar İslands" layihəsi ilə bağlı olduğunu deyib:

"Həmin layihə çərçivəsində biz 500 hektar su altında olan torpaqların 37 hektarını doldurmuşuq. Həmin 37 hektar torpaq artıq su altından çıxıb. İstifadəli sahə olduğu üçün buna vergi vermək qanunda göstərilib. Lakin su altında olan torpaqlara vergi düşmür. Lakin Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti su altında olan torpaqlara görə də bizdən vergi tutub. Biz də onları məhkəməyə vermişik. Burada sadəcə anlaşılmazlıq olub. Məhkəmə bunu həll edəcək. Dediyim kimi, vergi qanunvericiliyinə əsasən, su altında olan torpaqlara vergi tutulmur. Biz bunu əsas götürərək nazirliyin departamentini məhkəməyə vermişik. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti bizim şirkətdən 3 il ərzində 1 milyon 500 min manat pul tutub. Biz də onlara dedik ki, bu yalan olar, burada vergi məbləği 100 min manat olmalıdır. 1,4 milyon pul isə artıq ödəmədir. Həmin pulları başqa borclarımıza yönəldəcəyik".

Xatırladaq ki, "Avesta Konserni" MMC Azərbaycan Vergilər Nazirliyinin Bakı Vergilər Departamentini məhkəməyə verib. Şirkət vergi borcunun ləğv edilməsi barədə iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib.

Tarix
2015.10.12 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla