Yuxarı

Ankara terroru ilə bağlı şok iddia

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə xüsusi xidmət orqanları Ankara teraktı ilə bağlı bir sıra ip ucları əldə edib. Məlumata görə, terrorun sifarişçisi Bəşər Əsəd, reallaşdıran isə Suriyanın Muhaberat kəşfiyyat xidmətinin əli ilə PKK olub.

Axar.az xəbər verir ki, Türkiyədə ən qanlı terakt kimi tarixə düşən hücumla bağlı xüsusi qrup yaradılıb. Hər iki partlayış nöqtəsində hadisə anından bu yana toplanan dəlillər müzakirə edilib.

Son 1 ay ərzində terror təşkilatları və xarici kəşfiyyat şəbəkələrinin addımları analiz edilib. Əldə olunan ilk məlumata görə, hadisəni son dövrdə PYD ilə yaxınlaşan Muhaberat təşkilatı törədib. Bu yolla Əsəd Türkiyədə seçki öncəsi xaos yaratmağa çalışıb.

Türkiyə kəşfiyyatının məlumatına görə, Muhaberat daha öncə də Hatayın Reyhanlı rayonunda bombalı hücum təşkil edib.

Xatırladaq ki, PKK-nın Suriya qolu PYD-nin hərbi qanadı YPG bir müddət öncə Əsəd rəhbərliyi ilə razılaşma imzalamışdı. Suriya Müdafiə naziri Fəhd Casim əl-Fric ilə YPG rəsmiləri arasında əldə olunan razılığa görə, rejim ordusu İŞİD-ə qarşı YPG-yə silah-sursat və təchizat dəstəyi göstərəcək.

Lakin kəşfiyyat məlumatları PKK əleyhdarlarının seçki öncəsi HDP-yə səs qazandırmaq üçün belə bir hücuma qol qoymağını da istisna etmir.

Tarix
2015.10.12 / 12:15
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla