Yuxarı

MTRŞ ANS-in videolarını niyə yayır? - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Milli Televiziya və Radio Şurasının (MTRŞ) veriliş bağlamaq səlahiyyəti var.

Axar.az xəbər verir ki, bu barədə MTRŞ-in Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Feysbuk hesabında qeyd edib.

O, 2014-cü ilin fevralında ANS-də yayımlanan "Ağabəyovlar" teleserialında erotik səhnənin görüntülərini paylaşaraq bu sözləri yazıb:

"Bəzi insanlar və hətta bəzi ziyalılar deyirlər ki, MTRŞ ANS-i "qaralayıb". Bunu iddia edənlərdən kimsə, əgər digər hansısa kanalda ANS-in efirində yayımlanmış paylaşdığım bu səhnələrdən daha biabırçı səhnə görübsə, orada işlədilən ədəbsiz ifadələrdən daha ədəbsiz ifadə eşidibsə, desin, biz də bilək. Bəzən deyirlər ki, digər kanallarda bayağı musiqili verilişlər baş alıb gedir, heç onlara bir söz deyən yoxdur. Axı hansısa bayağı verilişlərlə bu cür biədəb səhnələri bir tərəziyə qoymaq düzgün deyil. Sual verilir ki, niyə məhz indi bunları üzə çıxarırsız? Ona görə ki, əvvəlki dövrdə Şuranın belə hallara qarşı ciddi tədbir görmək səlahiyyəti olmayıb. Biz xəbərdarlıq edə bilərdik, bunu edirdik. Amma dəfələrlə xəbərdarlıq etsək də, nəticəsi olmurdu. İndi isə veriliş bağlamaq səlahiyyətimiz var. Bu səlahiyyətdən istifadə edəndə isə ANS bizi ona qarşı qərəzli olmaqda ittiham etməyə başladı. Həmin videoları, arayışları paylaşmaqla göstərmək istəyirik ki, ANS əvvəlki dövrlərdə də indiki kimi, elə ciddi pozuntular edib ki, digər kanallarda bu olmayıb".

Tarix
2015.10.12 / 14:25
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla