Yuxarı

Aynar Məmmədov sərbəst buraxıldı - Səbəb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov cərimə edildikdən sonra sərbəst buraxılıb.

Bu barədə musavat.com xəbər yayıb. Millət vəkilinin övladına məxsus "Nar" kafesində qumar oynayan 8 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Axar.az-a bildirib ki, saxlananların işi məhkəməyə göndərilib.

Məhkəmə onların barəsində inzibati qaydada cərimə kəsib. DİN sözçüsü onların arasında A.Məmmədovun olub-olmaması haqda sualı cavablandırmayıb.

Onu da deyək ki, musavat.com-un əməkdaşı gecə saatlarında xüsusi təyinatlıların əməliyyatına məruz qalmış "Nar" kafesində olub. Hazırda kafe öz fəaliyyətini davam etdirir. Kafedə işçilərin Nəriman müəllim kimi müraciət etdikləri şəxs əyləşib və servis getdikcə bərpa olunub:

"Orada olarkən öyrəndik ki, kafedə sözügedən əməliyyat bu gecə (12 oktyabr) saat 2 radələrində aparılıb. Kafedə qumar oynayan 20 nəfər saxlanılıb. Nəriman adlı şəxs yanındakılardan Aynarın vəziyyətini soruşdu. Onlar isə Aynardan xəbərləri olmadıqlarını bildirdilər". Kafenin içərisindən fotoları təqdim edirik. Onu da qeyd edək ki, stolların bir qismi rezerv kimi saxlanılıb.

Tarix
2015.10.12 / 14:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla