Yuxarı

Leyla Əliyevadan bəbirin ölümünə - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorluğun barəsində cinayət işi açdığı Böyükağazadə Natiq Nəbi oğlu ölkə ərazisində yaşayan 6 bəbirdən birini ovlayıb.

Axar.az xəbər verir ki, dünya faunasının nadir incisi hesab olunan Qafqaz bəbirləri Azərbaycan Respublikasının Qırmızı Kitabı və Təbiətin Mühafizəsi Beynəlxalq Birliyinin Qırmızı Siyahısına daxil edilib.

Qanunsuz ovlanma və təbii yaşayış arealının pisləşməsi səbəbindən bu nadir heyvan növünün sayı son on illiklərdə kəskin şəkildə azalıb.

Hirkan və Zəngəzur Milli Parklarında quraşdırılmış fotokamera nəzarətinə əsasən və aparılan araşdırmalar nəticəsində ölkəmizdə 6 Qafqaz bəbirinin yaşadığı məlum olub. Araşdırmalar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA - Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi (WWF) Təşkilatı tərəfindən aparılıb.

Bu günədək IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi təşkilatının birgə səyləri nəticəsində Qafqaz bəbirlərinin mühafizəsi və sayının artırılması istiqamətində bir sıra tədbirlər görülüb.

Bəbirlərin məskunlaşdığı ərazilərin mühafizəsi gücləndirilib. Onların əhəmiyyəti, eləcə də nəsli kəsilməkdə olan bəbirlərin mühafizəsi barədə ictimaiyyətin maarifləndirilməsi üçün silsilə tədbirlər təşkil olunub. Əhali arasında maarifləndirmə istiqamətində IDEA tərəfindən "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi həyata keçirilib.

Bəbirlərin mühafizəsi ilə bağlı IDEA İctimai Birliyi Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün - ayı, canavar, ceyran, qartal və bəbirin qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində tədbirlər həyata keçirilib.

Qeyd edək ki, 2009-cu ildə bəbirlərin ovlanmasına qadağa tətbiq edilib və nəzərdə tutulan inzibati məsuliyyət sərtləşdirilib. Azərbaycan Respublikasının qanunvericiliyində bəbirlərin öldürülməsinə görə irihəcmli maliyyə cəriməsi ilə yanaşı, cinayət məsuliyyəti də müəyyən edilib.

Xatırladaq ki, oktyabrın 8-də saat 22 radələrində Astara rayonunun Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının "Qırmızı kitab"ına daxil edilmiş bəbiri öldürüb.

O, bəbiri ovladıqdan sonra dərisini satmaq məqsədi ilə soyaraq, uyğun müştəri axtarıb. Qohumu Fərəcov Səməd Yaqub oğlu ilə Astara rayonu Çükəz kəndi ərazisində bəbir dərisini 10-15 min manata satmaq istəyərkən saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2015.10.12 / 15:18
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla