Yuxarı

Prezident 2 sərəncam, 3 fərman imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:04

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin işçilərinə fəxri adlar verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, sərəncama əsasən Azərbaycanda dəmir yolu nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib.

"Əməkdar mühəndis"

Aslanov Hakim Kərəm oğlu

Quliyev Fizuli Xanoğlan oğlu

Məhərrəmov Sabir Tulu oğlu

"Əməkdar həkim"

Tağıyev Adil Hüseyn oğlu.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan dəmir yolu nəqliyyatı işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda dəmir yolunun yaradılmasının 135 illik yubileyi ilə əlaqədar, ölkənin nəqliyyat sisteminin inkişafında səmərəli fəaliyyətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilsinlər:

Camalov Cabbar Feyzulla oğlu

Cəfərov Hüseyn Şahhüseyn oğlu

Əliyev Mahir Nəriman oğlu

Gəncalıyev Əfsələddin Səfixan oğlu

Həsənov Səftər Faiq oğlu

Hümbətov Xeyrulla İman oğlu

İsmayılov Həsən Fətulla oğlu

Qafarov Rafik Novruz oğlu

Mikayılov Sahib Zahid oğlu

Mustafayev Nərbala Bəylər oğlu

Nağıyev Yaşar Abuzər oğlu.

18:50

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında 2015-ci il mayın 14-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Vyetnam Sosialist Respublikası tərəfinə bildiriş göndərsin.

***

Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı kimidir:

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Vyetnam Sosialist Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı və kəndin inkişafı sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə;

20:03

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında;

Tarix
2015.10.12 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla