Yuxarı

Qurbanov: "Mükafatı böləcəyik"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun futbolçusu Ansi Aqollinin Albaniya milli komandasının heyətində AVRO-2016-nın final mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib.

43 yaşlı mütəxəssis Report-a açıqlamasında Azərbaycan Premyer Liqasında çıxış edən legionerin ilk dəfə qitə çempionatında iştirak hüququna yiyələnməsini sevindirici hal kimi dəyərləndirib.

O, 33 yaşlı müdafiəçinin buna layiq olduğunu söyləyib:

"Çünki çox peşəkar və öz üzərində çalışan biridir. Həmişə intizamı qoruyub saxlayır. Xüsusən, Albaniya millisinin Ermənistandakı böyük hesablı qələbəsindən sonra bu, bizim üçün daha maraqlı oldu. Ona görə də Aqollini təbrik edirəm. Şadam ki, o, belə bir turnirdə iştirak edəcək".

A.Aqolli ilə "Qarabağ" arasındakı müqavilə cari mövsümün sonunda başa çatacaq. Daha sonra AVRO-2016-ya start veriləcək. Bu baxımdan, təcrübəli müdafiəçi ilə anlaşmanın uzadılması və futbolçunun final mərhələsində məhz "Qarabağ"ın üzvü kimi iştirakı böyük önəm kəsb edir. Q.Qurbanov isə yeni müqaviləni imzalamağa hələ vaxtlarının olduğunu, bu barədə düşünəcəklərini söyləyib: "Biz futbolçu ilə hər hansı turnirdə iştirakına görə müqavilə bağlamaq istəmirik. Aqolli ilə hazırkı anlaşmanın bitiminə hələ çox var. Düşünürəm ki, o, bir neçə il də yaxşı futbol oynamaq iqtidarındadır. Buna xarakteri də çatır. Hələ mövsümün sonuna qədər vaxt var və yeni anlaşma üzərində fikirləşəcəyik".

A.Aqolli Albaniya millisinin heyətində Ermənistan yığması ilə martın 29-da keçirilmiş ilk seçmə matçdakı 2:1 hesablı qələbədən sonra "Qarabağ" rəhbərliyi tərəfindən mükafatlandırılıb. Ötən gün İrəvanda da 3:0 hesablı qələbə qeydə alınıb. Amma sol cinah müdafiəçisi cəzalı olduğu üçün oynamayıb. Digər tərəfdən, futbolçusu millinin heyətində final mərhələlərində çıxış edən kluba da UEFA və FİFA tərəfindən mükafat verilir. Bu məqamlarla bağlı suala Q.Qurbanov zarafatyana cavab verib: "Bir şey fikirləşərik. Deyirsiniz UEFA-nın ayıracağı mükafatdan da Aqolliyə ayıraq? O, son qarşılaşmada oynamayıb. Mükafatı yarıbayarı bölərik".

Qeyd edək ki, Albaniya millisi tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib. Ansi Aqollinin komandası İ qrupunda 2-ci yerin sahibi kimi bu hüquqa yiyələnib.

Tarix
2015.10.12 / 17:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla