Yuxarı

Təhsil İdarəsi məktəblərdə səyyar qəbula başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi rayonlar üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbulunu keçirməyə başlayır.

İdarədən Axar.az-a verilən məlumata görə, 2015–2016 –cı tədris ilinin ilk səyyar qəbulu oktyabrın 16-da keçiriləcək. Xəzər rayonu üzrə 156 nömrəli məktəbdə keçiriləcək qəbula Pirallahı, Xəzər və Sabunçu rayon məktəbləri və məktəbdənkənar tərbiyə işi mərkəzlərinin müəllim və valideynləri müraciət edə bilər.

Səyyar qəbullar saat 10:00–da başlayacaq və vətəndaşların müraciəti bitənədək davam edəcək. Vətəndaşların qəbulunu həyata keçirəcək təşkilat komitəsinin üzvləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmələrinin üzvlərindən ibarətdir.

Məqsəd müəssisə rəhbərlərinin məsuliyyətini artırmaq, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaqdır.

Məktəblərdə səyyar qəbullar keçirilərək müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbər şəxsləri tərəfindən diqqətlə öyrəniləcək. Problemli məsələlər həll ediləcək və lazımi təşkilatı və maarifləndirmə tədbirləri görüləcək.

Tarix
2015.10.12 / 19:46
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla