Yuxarı

Qaribaşvili: "Bakıya qarşı siyasətimiz dəyişməzdir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan bizim strateji tərəfdaşımızdır və bu siyasətimiz dəyişməzdir.

AzərTac xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 12-də jurnalistlərə müsahibəsində deyib.

Baş nazir bəzi siyasi rəqiblərinin Rusiyadan təbii qazın alınması müqabilində Gürcüstanın Azərbaycan ilə münasibətlərinə yenidən baxılacağı ilə bağlı bəyanatlarını absurd adlandırıb: "Azərbaycan qazının başqa ölkədən alınacaq təbii qazla əvəzlənməsi barədə heç bir söhbət gedə bilməz. Azərbaycan bizim strateji tərəfdaşımızdır. Qarşılıqlı münasibətlərimizə yenidən baxılması məsələsi müzakirə mövzusu deyil və ola da bilməz. Azərbaycan ilə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi Gürcüstan dövlətinin və hökumətinin əsas hədəflərindən biridir. Azərbaycanla bağlı siyasətimiz dəyişməzdir".

İ.Qaribaşvili iki gün əvvəl Bakıya səfərinin nəticələrini yüksək qiymətləndirərək deyib: "Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdə ölkələrimiz arasındakı sıx, mehriban dostluq münasibətlərini və bu münasibətlərin dərinləşməsinin perspektivlərini müzakirə etmişik".

Hazırda Azərbaycan Gürcüstanın əsas qaz təminatçısıdır.

Tarix
2015.10.12 / 21:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla