Ana səhifə Gündəm |
Bu gün seçicilərlə təmaslarını davam etdirən 8 saylı Binəqədi birinci Seçki Dairəsindən deputatlığa namizəd Azay Quliyev əvvəlcə 6-ci m/r, M.Kazımovski küçəsinin sakinləri, və daha sonra 9-cu m/r, A.Məmmədov küçəsinin sakinləri ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə seçicilər dairə ərazisində olan
bir sıra məsələlər haqqında fikirlərini çatdırıblar. Qaldırılan
məsələlərə münasibət bildirən A.Quliyev seçicilərin dəstəyini
qazanaraq bu dairədən deputat seçiləcəyi təqdirdə müvafiq dövlət
qurumlarının yardımı ilə onları narahat edən məsələlərin həllinə
çalışacağını söyləyib.
Keçirilən görüşlərdə seçicilər 1 noyabrda yüksək fəallıq nümayiş
etdirəcəklərini və Azay Quliyevə səs verəcəklərini
vurğulayıblar.
Qeyd edək ki, Azay Quliyevin növbəti görüşü oktyabrın 13-də saat 18.00-da rayon ağsaqqaları ilə 8-ci m/r, N.Nərimanov 81a ünvanındakı Kütləvi tədbirlər evində baş tutacaq.
Tarix
2015.10.12 / 22:59
|
Müəllif
Axar.az
|