Yuxarı

“Rusiya sui-istifadə niyyətindən uzaqdır” - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xəzər dənizindəki donanmasından istifadə etməsi region dövlətləri üçün elə bil təhlükə yaratmır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu hövzədə yerləşən 5 ölkənin maraqlarının təmin olunması üçün münasib şərait formalaşıb:

"Əlbəttə ki, hərbi baxımdan Rusiya ən böyük qüdrətə malikdir. Lakin son hadisələr göstərdi ki, Kreml daim qonşularla informasiya mübadiləsi aparır. "Kalibr" tipli raketlərin "İslam dövləti" deyilən qondarma quruma qarşı istifadəsi bu güclü tərəfin daha zəif tərəf müqabilinə qarşı istifadə edilmiş hərbi aksiyadır. İŞİD-in buna adekvat cavab verməsi birmənalı şəkildə mümkünsüzdür. Yəni, Moskva qərar qəbul etdikdə tam əmin olub ki, əks-cavab ola bilməz".

Politoloq qeyd edib ki, Rusiya öz hərbi potensialından sui-istifadə etmək niyyətindən uzaqdır:

"Digər tərəfdən isə Rusiya rəhbərliyi qonşu ölkələrin rəhbərlərinə tədbir görəcəyi barədə əvvəlcədən məlumat verib. Bu, ondan xəbər verir ki, Moskva öz potensialından sui-istifadə etmək niyyətindən uzaqdır. Lakin Rusiya atdığı addımla həm də bütün tərəfləri bir növ agah edib ki, müasir silah istehsal edib ondan istifadə etmə imkanları kifayət qədər genişdir. Buna əzələ nümayişi də demək olar. Lakin həmin nümayişin əsas ünvanı - Qərbdir. Əgər bu yaxınlara qədər dünyada monitorinq aparan mərkəzlər "Kalibr" tipli raketlərin qısa mənzilli olmasını bilirdilərsə, son əməliyyatdan sonra bəlli oldu ki, bu silah növünün həm orta mənzilli və uzaq mənzilli modifikasiyaları da var. Yəni, Suriya ərazisinə tuşlanmış raketləri 1500 kilometrlik məsafəni qət etdilər. Lakin Rusiyanın arsenalında 4 min kilometrə uçan raketləri də mövcuddur. Bu haqda ölkənin Müdafiə Nazirliyi rəsmi açıqlama ilə çıxış edib".

Tarix
2015.10.12 / 23:26
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla