Yuxarı

“Səbəb odur ki, manat qiymətdən düşüb…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz xarici borclanmaya meyilli deyilik. Onsuz da manatın devalvasiyasından sonra bizim xarici borcumuz artıb. Çünki xarici dövlət borcu dollarla hesablanır və əgər devalvasiyaya qədər xarici dövlət borcumuz təxminən 7-8 faiz təşkil edirdisə, bu gün xarici borc 11-12 faizə qalxıb. Ona görə yox ki, biz əlavə kreditlər götürmüşük. Ona görə ki, manat qiymətdən düşüb.

Axar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş bugünkü iclası zamanı bildirib. Prezident qeyd edib ki, on iki faiz də çox gözəl göstəricidir, çünki inkişaf etmiş ölkələrin bəzilərində bu, 100 faizdən çoxdur:

"Ancaq biz istəyirik ki, xarici borcumuz 10 faizi keçməsin. Buna nail olmaq üçün biz gələcəkdə də öz fəaliyyətimizi ancaq daxili imkanlar hesabına qurmalıyıq. Ona görə, biz qazandığımıza müvafiq olaraq xərcləri nəzərdə tutmalıyıq. Ona görə, infrastruktur layihələrinin icrasında imkan daxilində işlər görülüb. Kənd yolları, içməli su, kanalizasiya layihələri, qazlaşdırma ilə bağlı layihələr - bütün bunlar bu il də icra edilib və mənim bölgələrə mütəmadi səfərlərim imkan verir ki, bu gözəl dəyişiklikləri, inkişafı öz gözümlə görüm.

Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir. Əminəm ki, belə də olacaq".

İlham Əliyev 9 ayda yaradılan 67 min daimi iş yeri müqabilində 30 minə yaxın iş yerinin bağlandığına da diqqət çəkib:

"Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Əslində bu, təbii bir prosesdir. Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da yeni iş yerləri açılır və bağlanır. Həmişə bizdə müsbət saldo müşahidə olunub, bu gün də belədir. Hətta böhranlı ildə 67 min daimi iş yerinin açılması böyük nəticədir. Yəni, əgər bağlanan iş yerlərini çıxsaq, 40 minə yaxın yeni iş yeri yaradılıb. Ancaq bununla bərabər, biz bağlanan bu iş yerlərinin təhlilini aparmalıyıq və bilməliyik ki, bu proseslər hansı səbəblər üzündən baş verir. Obyektiv səbəblər də, subyektiv səbəblər də ola bilər. Biz bu gün bu barədə danışacağıq".
Nəqliyyat və turizm sektorundan danışan Prezident İlham Əliyev "Cənub" qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görüldüyünü bildirib:

"Bildiyiniz kimi, "Cənub" qaz dəhlizi ölkəmizin təşəbbüsü idi və artıq həm "Şahdəniz-2" yatağının işlənməsi, həm TANAP layihəsinin icrası istiqamətində ciddi praktiki addımlar atılır. Biz çalışırıq və çalışacağıq ki, bu layihə vaxtında icra edilsin. Biz çalışmalıyıq ki, layihənin önəmli hissəsi olan TANAP, - Azərbaycan əsas səhmdardır və bütün məsuliyyət də bizim üzərimizdədir, - vaxtında - 2018-ci ildə istifadəyə verilsin.

Digər layihələrdə - "Şahdəniz-2" və TAP layihələrində Azərbaycan əlbəttə ki, səhmdardır, ancaq biz əsas səhmdar deyilik. Ona görə, əsas operator məsuliyyəti başqa qurumların üzərinə düşür. O ki qaldı TANAP layihəsinə, Azərbaycan orada əsas sahibkardır. Ona görə, bizim məsuliyyətimizdə olan bu layihə əminəm ki, vaxtında icra ediləcək".

Tarix
2015.10.12 / 23:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla