Yuxarı

Seçkiyə qatılan şair: “Xətainin soyundanam...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şair Əli Hacı Ağaevlinin çağdaş poeziyamızda özünəməxsus yeri var. O, həm də siyasi fəaliyyəti ilə də seçilir. Şah İsmayıl Xətainin nəslindən olduğunu deyən şair DAK-ın fəal üzvlərindəndir.

Axar.az parlament seçkilərində deputatlığa namizədliyini irəli sürən şairlə müsahibəni təqdim edir.

- Əli bəy, bir neçə şeir kitabının müəllifisiniz. Eləcə də haqqınızda filmlər çəkilib, kitablar yazılıb. Amma nədənsə özünüzü gündəmə gətirməkdən uzaqsız. Bu təvazökarlıqdandır, yoxsa?..

- Ədəbi taleyimdən narazı olmasam da, heç vaxt "mən varam" deyib özümü gündəmə gətirməmişəm. Kitablarım, şeirlərim özünün həqiqi oxucusunu tapıb. İndiyə kimi beş kitabım işıq üzü görüb. Haqqımda iki sənədli film çəkilib. Sağlığında haqqında dərslik buraxılan yaradıcı adamlardan biriyəm. Mənim yaradıcılığımın əsas hissəsini min illərin sınağından keçib gəlmiş səmavi söz - sufi yaradıcılığı təşkil etdiyinə görə bir az zövqdən və təbliğatdan yuxarıdayam. Hamıya qapısı açıq olan ürfani sözlərin öz adamları var. Sizlər başda olmaqla, onlar da dəyər və təbliğatını verir.

- Uzun illərdir diaspor sahəsində fəaliyyət göstərirsiniz. Müşahidələriniz necədir: soydaşlarımız ölkəmizdən kənarda ölkəmizlə bir nəfəs ala bilir?

- İyirmi ilə yaxındır ən böyük diaspor təşkilatımız olan Dünya Azərbaycanlıları Konqresində fəaliyyət göstərirəm. Sıravi üzvlükdən Məclis sədrinin birinci müavini postuna qədər yol gəlmişəm. Diaspor təşkilatındakı fəaliyyətimə görə Birləşmiş Millətlər Təşkilatının Sülh Federasiyasının "Sülh səfiri" adına layiq görülmüşəm. Qaldı kənarda yaşayan soydaşlarımıza, onların hər birinin birlikdə və ayrı-ayrılıqda Azərbaycanın tanınmasında rolları var. Vətənimiz haqqında apardıqları tanıtım mübarizəsi onların Azərbaycanla nəfəs alması, hər birinin ölkəmizin bir parçası olması deməkdir.

- Əli müəllim, seçkilərə qatılmağa qərar verdiniz. Parlamentdə olmanız seçicilərinizə hansı şansı verə bilər?

- Öncədən namizədliyimi bitərəf kimi verib dəstəkləyən Vətəndaş Həmrəyliyi Partiyasına və onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Yəqin ki, Xətai soyundan olan bir adamın Xətai rayonundan namizədliyini verməsi təsadüf deyil. Orada yaşayan əhalinin 70 faizini şəxsən tanıdığıma görə bu addımı atmışam. İxtisasca hüquqşünas olmağım qanunların tərtibi və qəbul olunmasında Milli Məclisə yardımçı və digər tərəfdən də diaspor fəaliyyətimdə qarşımıza çıxan maneələri aradan götürməkdə kömək olar. Söz seçicilərindir.

Tarix
2015.10.13 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla