Yuxarı

İraqdan İŞİD açıqlaması – Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosul şəhərinin terrorçulardan azad edilməsi istiqamətində hərbi hazırlıqlar gedir.

Bunu Axar.az-a İraqın Ərbil şəhərində yaşayan Türkman İnkişaf Partiyasının (Türkman Kalkınma Partiyası) üzvü Riyaz Dəmirçi bildirib.

Onun sözlərinə görə, Bağdad hökuməti ilə Kürdüstan rəhbərliyi Mosulun işğaldan xilası üçün əməliyyatlar həyata keçirəcək.

R.Dəmirçi Mosul şəhərində acınacaqlı vəziyyət hökm sürdüyünü qeyd edib:

"Nə iş var, nə maaş verilir, nə də pul. Onların vəziyyəti çox pisdir. İŞİD şəhərə nəzarət edir və bütün dövlət işləri dayandırılıb. Biz Mosula gedə bilmirik".

TKP üzvü "İslam dövləti"nin Bağdada girməsi ehtimalını mümkünsüz sayır. Onun fikrincə, Bağdad ətrafında güclü mühafizə və hərbi qüvvələr yerləşdirilib.

Kərkük şəhərinə gəlincə, peşmərgə bu ərazilərə nəzarət edir. Dəmirçi söyləyib ki, Mosuldan əlavə Ramada şəhəri də "cihad"çıların əlindədir.

Xatırladaq ki, Mosul şəhəri bir ildən çoxdur İŞİD-in işğalı altındadır. Terror təşkilatı Suriyada Rakka şəhəri kimi Mosulu da İraqda paytaxtı elan edib.

Tarix
2015.10.13 / 09:34
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla