Ana səhifə Toplum |
Babək prospektindən sonra daha bir prospektə qırmızı asfalt döşənir.
Azəryolservis ASC-dən Axar.az-a verilən məlumata görə, Nobel prospektinin ayırıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü salınır.
Rəngli asfalt-beton örtüyü ilkin mərhələdə prospektin Ağ şəhərin qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissəsini əhatə edib.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.
Qeyd edək ki, bi müddət öncə Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayırıcı zolağa da qırmızı asfalt döşənmişdi.
Tarix
2015.10.13 / 13:39
|
Müəllif
Nigar İxtiyarqızı
|