Yuxarı

Əli İnsanov qardaşının dəfninə getməkdən imtina etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkum Əli İnsanovun qardaşının vəfat etməsi ilə əlaqədar yas mərasimində iştirakına razılıq verilməməsi barədə mətbuatda yayılmış məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə AzərTac-a Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumatda deyilir: "Onun vəkillərinin bu məsələ ilə bağlı müraciətinə Penitensiar Xidmətdə baxılıb. Humanizm və mərhəmət nümayiş etdirilərək müsbət qərar qəbul olunub və Ə.İnsanova mərasimdə iştirak etmək üçün icazə verilib. Lakin Ə.İnsanov özü bu imkandan istifadə etməkdən imtina edib.

Təəssüf ki, belə bir hüzn mərasimini öz maraqları naminə istifadə edən Ə.İnsanovun vəkilləri mətbuatda təhrif edilmiş məlumatlar yayıblar.

Penitensiar Xidmət hesab edir ki, bu kimi hadisədən sui-istifadə edilməsi heç cür mənəviyyata sığmır".

Tarix
2015.10.27 / 20:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla