Yuxarı

Məşhurlar Xankəndi seçicilərinə müraciət etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup ziyalı 122 saylı Xankəndi Seçki Dairəsinin seçicilərinə müraciət edib.

Axar.az xəbər verir ki, müraciət müəllifləri deputatlığa namizəd, professor Elçin İsgəndərzadəyə səs verməyə çağırıblar.

"Biz onu prezidentimizin həyata keçirdiyi bütün fəaliyyətlərini həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda layiqincə təbliğ edən vicdanlı ziyalı, görkəmli alim, istedadlı şair, gözəl pedaqoq, qayğıkeş ata kimi tanıyırıq.

Uzun illərdir ki, texnika elmləri doktoru, professor və hazırda Azərbaycan Texniki Universitetinin kafedra müdiri olaraq çalışan Elçin İsgəndərzadə ölkəmizdə yüksək ixtisaslı ali kadrların hazırlanmasında böyük xidmətlər göstərib.

Bu xidmətlərə görə Təhsil Nazirliyinin fəxri fərmanına layiq görülərək ona "Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi" fəxri adı verilib. 200-dən çox elmi əsərin, 48 ixtiranın, 14 monoqrafiya və dərs vəsaitinin, 85 bədii kitabın müəllifidir", - deyə müraciətdə vurğulanıb.

Qeyd olunub ki, E.İsgəndərzadə 2004-cü ildə Avrasiya mədəniyyət səfiri seçilib, 2010-cu ildə Dünya Böyük Şeir layiq görülüb, 2011-ci ildə YUNESKO-nun medalı ilə təltif olunub.

2009-cu ildən Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Avropa Təbiət Elmləri Akademiyasının türkdilli ölkələr şöbəsinin rəhbəridir.

Müraciətdə deyilir: "Biz prezidentimizin və xalqımızın işğal olunmuş torpaqlarımızın geri qaytarılması yolunda apardıqları yorulmaz mücadilənin sonunda Sizlərin ən yaxın zamanda öz ata-baba yurdlarınıza qayıdacağınıza inanır, işlərinizdə uğurlar arzulamaqla öz səsinizi ən layiqli namizədinizə verəcəyinizə şübhə etmirik".

Müraciəti imzalayanlar arasında Əlişir Musayev, Böyükkişi Ağayev, Xoşbəxt Yusifzadə, Vasim Məmmədəliyev, Hətəm Quliyev, Havar Məmmədov, Mustafa Babanlı, Tofiq Bakıxanov, Nəriman Həsənzadə, Zəlimxan Yaqub, Rasim Balayev, Amalya Pənahova, Mənsum İbrahimov və başqa ziyalılar var.

Tarix
2015.10.29 / 15:07
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla