Yuxarı

Ombudsman: “Seçkilərdə insident qeydə alınmayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Seçkilərdə hər hansı qanun pozuntusu qeydə alınmayıb.

Bunu Trend-ə 4 saylı cəzaçəkmə müəssisəsində parlament seçkilərini müşahidə edən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova deyib.

Ombudsman qeyd edib ki, vaxtaşırı olaraq rəhbərlik etdiyi qurumun əməkdaşları mərkəzə seçkilərin gedişi ilə bağlı informasiya verirlər:

"Ombudsman Aparatının üzvləri bütün ölkə ərazisində parlament seçkilərini müşahidə edirlər. Bizə daxil olan məlumatlara görə, seçkilərdə hər hansı İnsident qeydə alınmayıb. Hər şey qaydasında gedir".

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Tarix
2015.11.01 / 11:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxarılması davam edir – Yeni video

Əskiparaya gedən yol bağlandı: bu gün qaytarılır?

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla