Yuxarı

Kral Telman İsmayılovun otelini bağlatdırdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

G20 sammiti üçün Türkiyəyə səfər edəcək olan Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdüləziz Səud Antalyadakı "Mardan Palas" otelini 18 günlük bağladıb.

Axar.az xəbər verir ki, kral otel rəhbərliyinə bu müddət üçün 18 milyon dollar ödəyəcək.

Səudiyyə kralı 1000 nəfərlik heyətlə sammitdən bir neçə gün öncə gələcək və günlər sonra Türkiyədən gedəcək.

Səudiyyənin təhlükəsizlik orqanları kralın səfərindən öncə oteldə xidmət edəcək şəxslərə təlimlər keçəcəklər.

G20 sammiti 14-16 noyabrda baş tutacaq.

Qeyd edək ki, əslən azərbaycanlı Telman İsmayılovun tikdirdiyi "Mardan Palas" bir neçə gün öncə "Halk Bank"a satılıb. 719 milyon lirəyə (təxminən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank 360 milyon lirə (129 milyon dollar) ödəyib. 1,4 milyard dollara başa gələn otel uzun müddətdir maliyyə problemləri yaşayır.

Tarix
2015.11.07 / 11:49
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla