Yuxarı

Əli Abbasov həbs olunan işçilərindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) maliyyə və təsərrüfat fəaliyyətinə aid istintaq araşdırmaları aparılır.

APA-nın məlumatına görə, bunu Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov "Milli Təhlükəsizlik Nazirliyi işi" ilə bağlı aparılan həbslərə və istintaq araşdırmaları barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.

Ə. Abbasov qeyd edib ki, bu ilkin araşdırmalardır və bununla bağlı olaraq digər müəssisələrdə də araşdırma aparılır: "Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin maliyyə və təsərrüfat fəaliyyətinin Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur".

Nazir deyib ki, hazırda nazirlik əməkdaşlarından müvəqqəti saxlanılanlar var: "Onları müvafiq şəxslər əvəz edir və hesab edirəm ki, bu gün Azərbaycanda rabitə sistemi tələb olunan standartlara cavab verir, qanuni fəaliyyət göstərir. Burada heç bir problem yoxdur".

Ə. Abbasov nazirliyin aparat rəhbəri Vidadi Zeynalovun həbs olunması ilə bağlı yayılan xəbərlər barədə suala cavab verməkdən imtina edib.

Tarix
2015.11.09 / 14:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla