Yuxarı

Ermənilərlə əlaqəni tələb edən rəhbər kim idi? – Tarix

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az-ın "Cəbhə xətti" layihəsinin bugünkü qonağı Fəridə Hicran Talıb qızıdır Vəliyevadır. Fəridə Ağdam rayonunun Seyidli kəndində anadan olub. Orta məktbi bitirdikdən sonra Bakı Dövlət Univerisitetinin filalogiya fakultəsinə daxil olub. Universiteti bitirdikdən sonra Ağdam şəhər 8 nömrəli orta məktəbdə müəllimə və dərs hissə müdiri çalışıb. Ailəlidir bir övladı var.

Vəzirov deyirdi ki...

1988-ci ildə Qarabağda əməliyyatlar başlayanda ən fəallardan idim. Daha sonra Əsgərana yürüş başladı. Elə ilk itkimizi də orda verdik, Bəxtiyarla Əli şəhid oldu. Onlar yaxın qohumlarımız idilər. 366-cı atıcı alayın hücumuna məruz qaldıq. Ruslarla ermənilərin birləşmiş hərbi dəstələri bizə hücum edirdi. Özümüzü yabayla, baltayla, bellə müdafiə etməyə başlamışdıq. O vaxtkı rəhbərlik bacarıqsız idi. Əbdürrəhman Vəzirov hakimiyyətə gətiriləndə hamıya deyirdi ki, hər kəs öz erməni kirvəsini tapsın, əlaqə yaratsın. Bəlkə onda nəsə edə bildik. İnsanlar başa düşürdü ki, bu sözlərin heç bir mənası yoxdur.

Qrad düşdü, nənəm həlak oldu...

Bizim ailədən atam, qardaşım, mən mübarizə aparırdıq. Təsəvvür edin, Ağdamdan hər ailədən bir, ya iki nəfər fərdi şəkildə mübarizəyə qalxmışdı. Dayım oğlu universitetdə oxuduğu zaman hərbi əməliyyatlarda iştirak edirdi. O yaralansa da, sağ qaldı. Hazırda polis sıralarındadır. Şuşanın işğalını yaxşı xatırlayıram. Sonra isə Xocalı faciəsi baş verdi. Onlarla uşaq meyiti daşımışıq. Həmin vaxt mən AzərTAC-da müxbir işləyirdim.

İnsanlar ayaqyalın Ağdam şəhər meydanına toplaşırdılar. Bacardığımız qədər onları evə aparıb kömək edirdik. Bir dəfə evimizə qrad düşdü və nənəm həlak oldu. Məcbur qalıb, evi tərk etdik və Bakıya gəldik. Amma mən yenidən cəbhə bölgəsinə qayıtdım...

Güllələmək istəsəm də, bacarmadım...

Xocalı faciəsindən bəhs edən kitab yazdım. Kitab iki dildə - rus və azərbaycanca nəşr olunub. Kitabda dərc olunan ölü və yaralıların şəkillərini özüm çəkmişəm. Gördüyüm hər şeyi yazmışam. Bir xatirə danışım sizə, bunu heç unuda bilmirəm. Bir kişi Ağdamın mərkəzində əlində silahı, dəli kimi qışqırırdı ki, oğlum Elşadı ermənilər vurdu. O, nə qədər çalışsa da, geri dönə bilmədi. Erməniyə əsir düşməməsi üçün güllələmək istəsəm də, bacarmadım. Ciyərini güllə dağıtmışdı. Çox keçmədi ki, canını tapşırdı...

Bakıya ayaqlarını soyuq vurmuş əsgərlər daşıyırdıq. O vaxt Nizami Süleymanov və Səadət Paşayev bizə pul yardımları edirdi. Deyirdilər ki, onlara pal-paltar alın. Çünki insanlar az qala çılpaq idilər.

Uşaq velosiped istədi, 5 dəqiqə sonra öldü...

Tez-tez xəstəxanaları gəzirdim. Bir uşaq yaralanmışdı. O uşaq dedi ki, mənə velosiped ala bilərsən?. Dedim ki, əlbəttə alaram. Uşağın ağ ciyəri parçalanmışdı. Evin sonbeşiyi imiş. Bu son istəyini deyəndən 5 dəqiqə sonra öldü. Uşağın ölümündən sonra saçlarım biz-biz olmuşdu. Qaynar su ilə yuyurdum, yenə düzəlmirdi.

Kreml qarşısında mitinq

Xalq Cəbhəsi məni Milli Qəhrəman Çingiz Mustafayevlə Moskvaya göndərdi. Həmin günün səhəri Çingizi müsahibəyə apardılar. Mən isə Kremlin qarşısında kiçik mitinq keçirdim. Orada məni söyən ermənilər də var idi, müdafiə edənlər də. Bir çox jurnalistlərə, o cümlədən Türkiyədən olanlara vəziyyəti başa salırdım. Cəbhəyanı ərazilərə aparırdım ki, yazsınlar, bütün dünya bu məsələlərdən agah olsun.

İki gözüm də tutulmuşdu...

Nəhayət yaralandım. Güclü atışma nəticəsində hərə bir tərəfə dağıldı, mən ortada qaldım. Bizə qrad atdılar. Zərbə məni torpaqqarışıq yerə çırpdı. Kəllə-beyin travması almışdım. Məni öncə torpaqdan çıxardılar, Ağdam rayon mərkəzi xəstəxanasına apardılar. Sonra Bakıya, göz xəstəxanasına gətirildim. Hər iki gözüm tutulmuşdu. Bizə çox pis baxırdılar xəstəxanada. Sonradan Xanım Xəlilovanın dəstəyi ilə cəbhəçilər yardım etdi. Sağaldıqdan sonra yenidən cəbhə bölgəsinə getdim...

Cəbhədə sevgi...

Bir sevdiyim var idi. Könüllülərdən idi. Onu özümdən çox sevirdim. İndi yalnız xatirəsi qalır – barmağımdakı üzük onun hədiyyəsidir. Başqa bir xanım jurnalistin də sevdiyi oğlan var idi. Ancaq o həlak oldu...

1994-cü ilin sonlarında tərxis olundum. Akademiyada aspirant idim. Yazdığım kitab əl-əl gəzirdi. İstəyirəm ki, indiki jurnalistlər Qarabağdan çox yazıb-pozsunlar, o hadisələri unutmayaq.

Nə yaxşı ki, bu layihəniz var. Axar.az saytına, onun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm...

Tarix
2015.11.10 / 09:09
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında...

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

Prezidentlər Çingiz Aytmatovun abidəsinin açılışında...

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla