Yuxarı

Paris teraktında azərbaycanlı izi

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixi başdan-başa qanlı olaylarla dolu olan bir toplumun Fransa terroruna münasibəti nə qədər də rüsvayçı idi: Hamı "Dərviş Parisi partlatdı" zarafatını (oxu: xurafatını) əlində bayraq elədi.

Bu, bizim insan faciəsinə və ədəbiyyata – Axundova münasibətimizin karikaturası idi.

90-cı illərin sonunda məşhur fransız futbolçu Zidanın formasını geyinib sevinən uşaqlar, nə oldu da, bu gün İŞİD bayrağına büründülər? O Zidan ki dəfələrlə Afrikada aclıqdan əziyyət çəkən uşaqlara yardım edib.

Ya şeyx, səncə, camaatımızın terrora bu münasibəti tolerant Azərbaycana terrorçu damğası vurmaqda mühüm bəhanə ola bilməzmi? Olar.

Çanaqqalada Fransa bayrağına qarşı döyüşən türklərin bu gün Fransa bayrağına bürünməsi qardaş ölkəni yenidən cəncələ sala bilməzmi? Salar.

Yuxarıdakı iki cümlədə qəribə bir paradoks qarşısında mat qalırıq: Bir tərəfdə terroru dəstəkləyənlər, digər tərəfdə Fransa bayrağını əllərində bayraq edərək, Fransa hakimiyyətini alqışlayanlar (halbuki terrorda ən böyük günahkar elə Fransa hakimiyyətidir). Ortada faciəni yaşayan günahsız əhaliyə – Fransa xalqına humanist yanaşma yoxdur.

Azərbaycan cəmiyyəti dünyada baş verən qanlı olaylara görə həmişə iki cəbhəyə bölünür. Nəticədə məsələnin mahiyyəti qalır bir kənarda, insanlar fərdləri müzakirə etməyə (oxu: mübahisə etməyə) başlayırlar.

Jan Pol Sartr, Alber Kamü kimi nəhəng beyinlər yetirmiş Fransa xalqına qarşı terroru dəstəkləyənlər elə mahiyyətcə İŞİD üzvüdür. Ümumiyyətlə, "Şərq mədəniyyətin beşiyidir", - deyən toplumun terroru dəstəkləməsi onu nə qədər də gülünc duruma düşürür. Doğrudan da, Paris mədəniyyətin, elmin, fəlsəfənin paytaxtıdır. Dünyada sülhü də yalnız mədəni və elmi əlaqələrin köməyi ilə bərpa etmək olar.

Terrora haqq qazandırmaq isə dəhşətli bir natamamlıq sindromunun göstəricisidir. Çünki terror siyasi mübarizənin ən iyrənc üsuludur və burada daha çox azyaşlılar, qadınlar hədəf götürülür. İndi, sizcə, uşaq və qadın ölümünə sevinən zehniyyətdə (kişidə) doğrudanmı kişilik problemi yoxdur? Yəni ona tam kişi demək olarmı? Təsəvvür edin, bir kişi ölkəmizə gəlmiş fransız xanıma avtobusda qalxıb yer verir, iki gün sonra xanım Parisə qayıdır və terror nəticəsində ölür. Kişi də yer verdiyi xanımın ölümünə sevinir. Nə qədər də gülünc paradoks. Bax, bu tendensiyada biz ən iyrənc sifətləri görürük: yaltaqlıq, görməmişlik, ikiüzlülük, vəhşilik, qorxaqlıq... Axı insani hisslərə riayət etməyən (!) biri nəzakət qaydalarına riayət etsə, nə fayda?

Nədənsə, biz siyasi intriqaları həmişə üçüncü bir dövlətə bağlayırıq. Məsələn, Qarabağ məsələsini üçüncü dövlətə – Rusiyaya, qondarma erməni soyqırımını başqa bir üçüncü dövlətə – Fransaya. Biz problemləri başabaş hesablaşmaq istəmirik. Düşüncə olaraq beynimizə çökmüş üçüncü dövlət sindromunu qıra bilmirik.

Məsələnin siyasi tərəfi ilə bağlı müxtəlif versiyalar irəli sürmək olar. Məsələn, deyirlər ki, Fransa miqrant axınından qurtulmaq üçün öz daxilində terror təşkil etdi. Səbəb isə nəticəni dəyişmir: bu teraktda neçə-neçə hüqolar, sartrlar öldü, hamımızın böyük sevgi ilə qucaqladığı Eyfel qülləsi başını aşağı saldı, Zidanın forması qana batdı, uşaqların gözlərinin rəngində dünyanın bütün bayraqları öldü, bütün oyuncaqlar şikəst qaldı.

Yəni Baden-Badenin mavi gecələrində fransız xalqı kef eləmir, ya şeyx...

Tarix
2015.11.18 / 09:52
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla