Yuxarı

Bakıda dənizdə qala tikilir? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bayıl qalasının bərpası təklif edilir.

ANS xəbər verir ki, bu təkliflə azərbaycanlı dizaynerlər Rəsul Həsənov və Ramiz Əlili çıxış ediblər. Onlar Bakının qədim rəmzlərindən biri olmuş, sonradan Xəzərin suyunun səviyyəsinin artması nəticəsində dağılmış Bayıl qalasının bərpasını təklif edirlər.

"İdeya hazırlamamışdan əvvəl müxtəlif tarixlərdə müxtəlif arxeoloq, memarlar və rəssamlar tərəfindən aparılmış işlərlə tanış olduq. Həmçinin bərpa zamanı peyk fotoları da köməyimizə çatdı. Çünki hazırda qalanın təməl hissəsi qalmaqdadır. Çertyoj hazırlandıqdan sonra real ölçüdə 3D model yığıldı. Layihəni hazırlayarkən Bakının hazırkı fotolarından istifadə edib qalanı real ölçüdə yerləşdirdik", - deyə, dizaynerlər bildiriblər. Onların fikrincə, dövrümüzdə qalalar öz əvvəlki strateji funksiyalarını itirsələr də şəhərin turizminə böyük maraq oyadır.

Gənclərin sözlərinə görə, dənizin içində yerləşən və Azərbaycan tarixinin bir hissəsi olan Bayıl qalasının içində həm muzey, həm də istirahət yerləri düşünülüb. Odur ki, şəhərimizə gələn turistləri gəmi ilə bu maraqlı qalaya dəvət etmək olar. Bayıl qalasının bərpası ilə bağlı müxtəlif qurumlara müraciət etsək də hələ ki, məsələyə cavab verən olmayıb. "Lakin ümid edirik ki, bu layihə həyata keçəcək. Həm tariximiz bərpa olacaq, həm də şəhərimizin turizminə təkan verəcək".

Qeyd edək ki, qala Bakının Bayıl qəsəbəsi yaxınlığında yerləşən və hazırda dəniz sularının altında qalmış tarixi memarlıq abidəsidir.

Şirvan-Abşeron memarlıq məktəbinin ən gözəl əsərlərindən biri olan və XIII əsrdə inşa edilmiş Bayıl qalası Xəzər dənizinin suyunun qalxıb-enməsi ilə zamanla gah dənizin üzünə çıxır, gah da sulara qərq olaraq görünməz olur. Qala mənbələrdə müxtəlif adlarla ("Sualtı şəhər" , "Bayıl daşları", "Səbayıl qalası", "Karvansara", "Xanəgah", "Kömrükxana" və s.) anılsa da, elmi ədəbiyyatda daha çox "Bayıl qəsri" adı ilə tanınır. Bayıl qəsrinin adanın biçiminə uyğun uzunsov planı var.

Bayıl qalasında ilk arxeoloji tədqiqatlar 1930-40-cı illərdə arxeoloq İsaq Cəfərzadə tərəfindən aparılıb. 1969-cu ilə qədər davam etmiş tədqiqatlar nəticəsində məlum olub ki, uzun əsrlər suyun altında qaldığından qəsr dağılıb. Onun yalnız özülləri, epiqrafik abidələri və yazılı daş kitabələri qalıb.

Tarix
2015.11.21 / 22:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla