Yuxarı

Uşağın cinsini öyrənmək qadağan edilir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana və körpənin sağlamlıq problemi olmadan uşağın cinsinə görə abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaq.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, uşağın cinsiyyətini öyrənmək qanunla qadağan ediləcək.

Yeni doğumlarda uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmasın deyə, selektiv abortun əngəllənməsi nəzərdə tutulur.

Son 5 ildəki doğumların statistikası göstərir ki, hər 112 oğlana 100 qız düşür. Əslində isə 100 oğlan uşağına 104 qız uşağı düşməlidir. Bu məqsədlə selektiv abortun qarşısının alınması təklif olunur.

2014-cü ildə ölkədə 27 min 220 abort qeydə alınıb. Onların arasında selektiv abort etdirənlər üstünlük təşkil edir. Selektiv abort - dölün cinsinə görə hamiləliyə xitam verilməsidir.

"Reproduktiv sağlamlığın qorunması haqqında" Qanunun qəbulundan sonra ana və körpənin sağlamlıq problemi kimi əsas olmadan abort etdirənlər cinayət məsuliyyətinə cəlb olunacaqlar. Qanunun Milli Məclisin 2016-cı ilin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Tarix
2015.11.22 / 01:03
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla