Yuxarı

"Əsgərin içini mərmi dağıtmışdı" - Foto

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Mehdiyev Əlisəfa Pəsərəng oğludur. Mehdiyev Əlisəfa Pəsərəng oğlu 1962-ci il sentyabrın 4-də Ağcabədi rayonunun Qaravəlli kəndində dünyaya gəlib.

Uşaqlıq illəri və müharibə

Uşaqlıqdan ailədə fərqli keyfiyyətlərimlə seçilirdim. Orta məktəbi 8-ci sinfə qədər oxumuşam. 7-ci sinifdə oxuyanda Qaravəlli kənd orta məktəbində böyük bir tədbir keçirilirdi. Tədbirin aparıcısı mən idim. Tədbirdə Ağcabədinin komsomol katibi Həqiqət xanım qonaq idi. O mənim tədbirdəki nitq və aparıcılıq qabiliyyətimi gördü və mənə dedi ki, sabah Ağcabədiyə gəl. O məni rayonun Sürət qəzetinin redaktoru ilə tanış etdi. Mənə orada jurnalistikanı başa saldılar. Yazmaq nədir, necədir? Sonra mənim yazılarım çap olundu. Bu məni həvəsləndirdi. Amma bir gün sırf təsadüf nəticəsində bir gözəl qızın şəklini çəkdim. Elə bir inforik halda çəkdim ki, bir də gördüm, qardaşım məni silkələyir. Atam gəlib söz deyib, mən eşitməmişəm. BDU-da oxuyan böyük qardaşım gəldi, məni Əzimzadəyə apardı. Asanlıqla qəbul oldum.1980-ci ildə Əzimzadəni bitirib əsgərliyə getdim. Əsgərlikdən qayıdandan sonra o zaman şərait emalatxana imkan yox idi. Sənətşünaslıqla məşğul olmağa başladım. Dünyanın məşhur rəssam-heykəltəraşları haqqında məqalələr yazırdım. BDU-nun jurnalistika fakültəsini 1991-ci ildə bitirdim. Təyinatımı Turan informasiya agentliyinə verdilər. 1992-ci ildə könüllü olaraq döyüşə getdim. Gördüm ki, bu nizami ordu deyil. Sabuncu rayon Hərbi Komissarlığına müraciət etdim ki, mən döyüşə getmək istəyirəm. Briqada komandirinə məruzə etdim. Dedim, mən ehtiyatda olan leytenant Mehdiyevəm, xidmət üçün gəlmişəm. Mənə baxıb gülümsədi və dedi ki, "bu dəqiqə camaatı atla qovub, itlə tuturuq, amma bu balacaboy, ali təhsilli oğlan gəlib ki, mən döyüşə getmək istəyirəm".

Ona görə də mənim sənədlərim birbaşa Müdafiə Nazirliyinə getdi və məni mayor vəzifəsində tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini təyin etdilər.

İlk döyüş xatirəsi...

İlk döyüşüm Füzuli rayonunda oldu. Qaraxanbəyli istiqamətində düşməni 20 km geri oturtmaqla başladıq. Biz Kundələn çayının yuxarı hissələrinə getdik. Balabəhmənlini, Əhmədbəylini aşağı-yuxarı Kürdmahmudlu kəndlərini, birinci-ikinci-üçüncü Alxanlını azad etdik.

Həmin döyüşdə mən 10 əsgər itirdim. Bu qədər itki verməyimizə səbəb təcrübəsizlik idi. Döyüşə 3 ay təlim keçmiş əsgərlər gətirilirdi. 28 zabit içərisində cəmi 3 kadr zabit vardı. Mən ağır yaralanıb, yola çıxırdım, maşınlar saxlamırdı. Əli silahlılar xalqın inamını qırmışdı. Döyüşənlərlə döyüşməyənlər arasında inamsızlıq, etibarsızlıq var idi. Üst-üstə güllə, qəlpə yarası aldım, amma yenə də səngərə qayıtdım. Cəmiyyətdə olan çaxnaşma və narazılıq Qarabağın itirilməsinə səbəb oldu.

Son nəfəsində dedi ki, komandir...

Bütün döyüş boyu 456 əsgərim olub. Bunlardan 21-i fərari oldu. 172 nəfəri sağ qaldı. O vaxt üçün bu, gözəl nəticə idi. Bütöv batalyonlar dağılırdı, amma bu batalyon sona kimi döyüşdü. Mən əsgərlərimin hamısını sevirdim. Fərarilik edənləri də başa düşürdüm: onlar döyüş üçün doğulmamışdılar. Döyüşən oğullar ayrı idi. Bir əsgərin içini mərmi dağıtmışdı. O, son anda məndən soruşdu ki, komandir necə döyüşdüm? Dedim, əla! Əhsən!

Müharibəni görən adam üçün müharibə heç vaxt bitmir. Həmişə sən müharibə içindəsən. Vay o günə ki, onu illərlə yaşayasan. İtirdiyini geri ala bilməyəsən. Sanki Tanrı məni həmişə qoruyurdu. Yüngül yaralar alırdım. Qəlpə qolumu cırıb keçmişdi, güllə əlimi deşmişdi. Qarşı tərəfi özüm üçün heç vaxt vahimə bilmədim. Mən döyüşə gedəndə sanki ova gedirdim. Atamın ailəsinin sayından çox düşmən öldürmüşəm.

Azərbaycan ordusu ilə erməni ordusu arasında fərq

Erməni ordusu bu döyüş üçün hazırlıq keçmişdi. Ermənistandan 16 min adam Rusiyanın ayrı-ayrı hərbi bazalarında təlim keçmişdi. Biz isə onlara qarşı durmaq üçün zamanımızı itirə bilməzdik. Vaxtında təlimlər keçə bilmədik, buna daxili münaqişələr imkan vermədi. Olar işğalçı ordu idi, muzdlu əsgərlər gətirilmişdi. Bizim əsir götürdüklərimizin içərisində erməni, rus, qaradərili döyüşçüləri var idi. Qarabağın itirilməsinin səbəbi biz tərəfdən gücün hazır olmaması idi.

Tarix
2015.11.23 / 09:19
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla