Yuxarı

Banklar əlillərə niyə kredit ayırmır?

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konstitusiyamızda təsbit olunmuş bərabərlik hüququna görə, qanun qarşısında hamının hüquq və azadlıqlarının bərabərliyinə təminat verilib.

Qanunvericilikdə tam fəaliyyət qabiliyyətinə malik olan, yəni 18 yaşına çatmış və məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılmamış hər kəs, o cümlədən də əlillər Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar da daxil olmaqla, istənilən kredit təşkilatından kredit götürmək hüququna malikdirlər.

Bəs banklar əlillərə niyə kredit ayırmır?

Mövzu barədə Axar.az-a danışan hüquqşünas Sadiq Əfəndiyev deyib ki, belə olan vəziyyətdə əlilliyi olan şəxsin kredit təşkilatını məhkəməyə vermək ixtiyarı var:

"Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin müstəqil subyekti kimi hər bir kredit təşkilatı qanunvericiliyin imkan verdiyi həddə özünün kredit şərtlərini müstəqil surətdə müəyyənləşdirə bilər. Məsələn, kredit təşkilatı kreditin verilməsi üçün əmək haqqı barədə arayış, kredit öhdəliyinin təminatı kimi girov və s. tələb edə bilər. Kredit təşkilatı əvvəlcədən hazırladığı özünün kredit şərtlərini mülki dövriyyə iştirakçılarının nəzərinə təqdim etdikdən sonra borcludur ki, həmin şərtlərə uyğun kredit götürmək üçün müraciət edən şəxslə kredit müqaviləsi bağlasın. Onun hüququ yoxdur ki, kredit üçün müraciət edən şəxsdən əvvəlcədən nəzərdə tutulmamış əlavə şərtləri tələb etməklə, yaxud onun sağlamlıq vəziyyətini bəhanə gətirməklə onunla kredit müqaviləsi bağlamaqdan imtina etsin.

Azərbaycan Respublikasının mülki hüququna görə, kredit təşkilatlarının bağladıqları kredit müqavilələri geniş əhali kütləsinin ehtiyaclarının ödənilməsinə yönəldiyindən ümumi tipli müqavilə hesab olunur və kredit təşkilatları bu cür müqavilələrin bağlanmasından əsassız imtina edə bilməzlər. Əks halda imtina cavabı almış şəxsin hüququ vardir ki, o, məhkəmədə iddia qaldıraraq kredit təşkilatından vurulmuş maddi və mənəvi ziyanın əvəzini tələb etsin. Düzdür, kredit təşkilatı kredit riskləri ilə əlaqədar olaraq kredit verəcəyi şəxsin sağlamlıq durumunda maraqlıdır. Bunun üçün o özünün kredit risklərini idarə etməyi və qanunamüvafiq surətdə tədbirlər görərək riskin təhlükəlilik dərəcəsini minimuma endirməyi bacarmalıdır".

Qeyd edək ki, riskin mövcudluğu insanların, hər hansı sosial qrupun, eləcə də əlillərin bərabərlik hüququnun pozulmasına və ayrı-seçkiliyə məruz qalmasına heç bir halda əsas verə bilməz.

Tarix
2015.11.23 / 22:29
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla