Yuxarı

Mədə ağrılarına nə səbəb olur? – Məsləhət

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədə ağrılarına adətən mədə iltihabı ilə nəticələnən qastrit xəstəlikləri səbəb olur. Qastritlərin əsas səbəbi mədə turşuluğunun yüksəlməsi, qida rejiminin pozulması və son illər kəşf olunan helikobakterpilori infeksiyasıdır.

Bu sözləri Axar.az-a həkim qastroenteroloq-hepatoloq Fərrux Nağıyev deyib. O, mədə turşuluğunun turşuluğu yüksək olan qidaların, həmçinin, dərman maddələrinin uzun müddət qəbulu (xüsusilə aspirin və ağrıkəsicilər) nəticəsində yüksəldiyini bildirib:

"Mədə turşuluğunun yüksəlməsi zamanı mədədə yanma hissi, qıcqırma yaranır. Bəzən boğazda qıcıqlanma və səbəbsiz olaraq dişlərin cürüməsi də bu prosesə aiddir.

Qida rejiminin doğru olmaması, uzun müddət yanlış qidalanma mədə problemlərinə yol açır.

Xüsusən, ayaqüstü qidalarla qidalanma, rəngli, qazlı içkilərdən istifadə, acılı, ağır yeməklər qəbul etmək əsas səbəblər sırasındadır.

Mədə ağrılarından əziyyət çəkən insanlar necə qidalanmalıdır?

Mədə ağrılarından əziyyət çəkənlərin az-az, lakin tez-tez qidalanmaları lazımdır. Onların gün əzində uzun müddət, yəni 5-6 saat ac qalmaları düzgün deyil.

Daha çox buxarda bişən toyuq, balıq yeməkləri və tərəvəzə üstünlük verilməlidir".

Qeyd edək ki, pəhriz müddətində şikayətlər keçməzsə, həkimə müraciət etmək mütləq hesab edilir.

Tarix
2015.11.24 / 08:00
Müəllif
Fatimə İbrahimova
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla