Yuxarı

Bakı İrəvandakı xaosdan istifadə edəcək – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ermənistandakı hakimiyyət böhranından öz maraqları üçün maksimum dərəcədə istifadə edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Ermənistanın parlament üsul-idarəsinə keçməsi ilə ölkənin gələcək siyasi durumunu və bu fonda Dağlıq Qarabağ münaqişəsinin vəziyyətini şərh edən millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, referendum Ermənistana nəinki demokratiya gətirəyəcək, əksinə, regional və beynəlxalq problemlərini daha da dərinləşdirəcək:

"İdarəetmə islahatlarına adətən siyasi maraqlar toqquşanda ölkəni əvvəlki böhrandan çıxarmaq məqsədilə gedilir. Faktiki olaraq Ermənistanda bu gün təkcə prezident problemi yaşanmır, eləcə də hakimiyyətin digər qolları arasındakı münasibətlər o dərəcədə ziddiyyətlidir ki, hökumətlə parlament, məhkəmə orqanları arasında ciddi konfliktlər müşahidə edilir. Parlamentdəki siyasi konfiqurasiya nə qədər dəyişsə də, bu, problemləri həll etməyəcək. Çünki Ermənistanda hakimiyyət məhz Qarabağ amilinə görə formalaşıb. Ermənistanın parlament üsul-idarəçiliyinə keçməsi faktiki olaraq daxildə böhranı daha da dərinləşdirəcək. Bu idarəetmə fəlsəfəsinin başlıca prinsipi müxtəlif qüvvələr arasında balansın formalaşması, nəzarət mexanizminin yaranması və bu vasitə ilə ölkədəki dayanıqlığı qoruyub saxlamaqdır və o zaman həyata keçirilir ki, böyük siyasi mədəniyyətlər formalaşır, kriminal qüvvələr dövriyyədən çıxır və ən nəyahət, partiyalar o qədər güclü olur ki, heç bir qüvvə çirkli maliyyə amillərindən istifadə etmir. Həmçinin xaricdən asılılığı az olan ölkələrdə parlament üsul-idarəsi daha çox xeyir verir. Bütün siyasi qərarların kənardan gəldiyi, daxildə kriminal qruplaşma, korrupsioner və hərbi-silahlı qüvvələrin üstün bir mövqeyə çatdığı Ermənistanda hakimiyyətin ömrünü uzatmaq üçün referduma gedilməsi vəziyyəti daha acınacaqlı hala salacaq və dövlətçilik böhranı qaçılmaz olacaq.

Hətta Köçəryan da bu paket təkliflərinin çox qüsurlu olduğunu, dekabrın 6-dakı referendumun ölkəyə ciddi ziyan vuracağını və siyasi toqquşmalar gətirəcəyini açıq etiraf edir. Faktiki olaraq baş nazir vasitəsilə ölkənin idarə olunması və prezidentin simvolik bir şəxsə çevrilməsi yalnız o ölkələrdə sistemin xeyrinə işləyir ki, orada güclü dövlətçilik ənənəsi var. Ermənistanda dövlət vətəndaşdan real dəstək almır, xalq hakimiyyəti müdafiə etmir. Məhz bunun timsalında dövlət də çox adi hadisələrdən öz varlığını itirə bilər. O cümlədən, Qarabağda da vəziyyət buna bənzərdir. Hesab edirəm ki, referendumun nə daxildə əhaliyə, nə iqtisadi-siyasi duruma, nə də xarici əlaqələrə müsbət təsiri olacaq. Faktiki olaraq ciddi siyasi böhran yaşayan Ermənistanda dekabrın 6-dan sonra vəziyyət kökündən dəyişəcək və toqquşmalar qaçılmaz olacaq".

Millət vəkilinin sözlərinə görə, Ermənistandakı referendumun keçirilməsi Azərbaycanın xeyrinədir:

"Simvolik səlahiyyətlərə malik prezidentin timsalında bəlli olacaq ki, real qüvvə sahibi kimi çıxış edən partiya xalqla münasibətlərində daha da ağır duruma düşəcək. Çünki parlamentdə peyda olan digər qüvvələr tərəfindən linç ediləcəklər. Britaniya, ABŞ, İsveç, Norveçdə işləyən model Ermənistanda eyni nəticəni verə bilməz. Çünki mentallıq, qüvvələr nisbəti fərqli, siyasi ənənələr müxtəlifdir".

Deputat bildirib ki, Azərbaycan Ermənistandakı hakimiyyət böhranından öz maraqları üçün maksimum dərəcədə istifadə etməyə çalışacaq:

"1990-cı illərdə biz ölkənin ağır problemlərini həm də qeyd etdiyimiz səbəblə "qazandıq". İstər torpaq problemi, istərsə də sosial-iqtisadi məsələlərin ağırlaşması, müxtəlif separatçı qurumların meydana çıxması da məhz mərkəzi hakimiyyət orqanının zəifliyi ilə bağlı idi. Hakimiyyət vakuumu Ermənistanın hərbi durumunu da iflic edə bilər. Parlamenti qazanmaq istəyən müxtəlif qruplaşmalar Qarabağdan bir kart kimi yararlanmağa çalışacaqlar, hərbi xunta Sərkisyana baş nazirlik statusunda itaətsizlik göstərəcək. Bu isə avtomatik olaraq Qarabağda bir sıra qərarların yerinə yetirilməməsi ilə nəticələnə bilər".

Z.Oruc hesab edir ki, Azərbaycan kimi ölkələrdə prezident üsul-idarəsinin bir çox üstünlükləri mövcuddur:

"Vaxtilə parlamentli bir ölkə olanda 5 dəfə hökumət dəyişdirməli olduq və sonda da SSRİ adlı bir vəhşət yaranaraq bizi totalitar quruluşun içərisinə atdı. Məsələ ondadır ki, hazırda parlamentdə üstün imkanları qazanan hakim partiyadır. Dövlətin rəhbəri isə qeyd edilən siyasi qüvvənin başçısıdır. Azərbaycan kimi prezident üsul-idarəsinə dayanan ölkələrdə bu modelin bir çox üstünlükləri mövcuddur. Çünki bir tərəfdən Azərbaycanda partiyalaşma ənənələri güclü deyil, ikinci tərəfdən isə müxtəlif qüvvələrin 1990-cı illərdən yarımçıq qalan revanş planları var. Referendum isə parlamentdə normal siyasi mübarizələrə deyil, hətta açıq çevirişlərə yol aça, sözügedən planları dirçəldə bilər. Hazırkı dövrdə Azərbaycanda siyasi sistem dayanıqlıdır, hökumətdə baş verən hər hansı problemlərə bağlı dövlət rəhbərinin reaksiyası hakimiyyətin digər qolları tərəfindən müdafiə olunur. Bir sözlə, Ermənistanın dekabrın 6-na doğru gedən real vəziyyəti Dağlıq Qarabağ münaqişəsi kontekstində Azərbaycanın xeyrinədir".

Tarix
2015.11.24 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla