Yuxarı

İntiharın “Uğur” məkanı: gənc ana niyə özünü atdı? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Bakıxanov qəsəbəsində hamı bu intihardan danışır. Ötən gün 25 yaşlı ana - Ayişə Dadaşovanın özünü Yavər Əliyev küçəsindəki "Uğur-2" yaşayış binasının 19-cu mərtəbəsindən ataraq canına qıyması haqda müxtəlif mülahizələr irəli sürülür.

Axar.az-ın əməkdaşı hadisə yerində olub və təfsilatını öyrənib.

"Qız onunla danışmağa macal belə vermədi. Əri liftə girəndə artıq gec idi, həmin an qadın özünü 19-cu mərtəbədən atdı. İntihar niyyəti olmayan adamlar çox vaxt gözləyirlər, bir az keçir, xilasedicilər gəlir, söhbət aparılır. Amma bu hadisədə belə olmadı.

Görünür, qəti qərarı varıymış. Özü də oğlan qışqırdı ki, düş aşağı, uşağı qaytaracam, səni bağışlayacam. Ancaq qulaq asmadı. Ayaqlarını aşağı sallayıb oturmuşdu, anidən özünü yerə buraxdı", - hadisə şahidi olan sakinlərdən biri belə deyir.

Sakinlərdən biri isə danışır ki, onların arasında əvvəlcədən mübahisə olub, amma Ayişənin intihar edəcəyi ərinin ağlına da gəlməyib. İntihardan sonra ətrafdakı insanlar hadisə yerinə toplaşıblar, Ayişənin həyat yoldaşı isə liftin qabağında dizlərini qucaqlayaraq ağlayırmış.

Məlumata görə, Ayişə övladının ondan alınacağına görə bu addımı atıb. Bu ailənin Komsomol dairəsi ərazisində kirayədə yaşadğı bildirilir. İndi ananın özünü atdığı yerə qərənfil qoyulub.

Amma bu, "Uğur-2" yaşayış kompleksində ilkə belə hadisə deyil. "Akkord" şirkətinə məxsus binaların 20 mərtəbəli olması intihar yolunu seçənlər üçün yeni məkan olub. Buna qədər "Koroğlu" metrostansiyası yaxınlığındakı körpüyə çıxıb özünü atmaq istəyirdilərsə, yeni ünvan adıçəkilən ərazidir.

Yada salaq ki, bir müddət əvvəl də Əlibaba adlı gənc oğlan 20-ci mərtəbəyə qalxaraq intihar etmək istəyirdi. Amma xoşbəxtlikdən xilasedicilər və azyaşlı qızı onu fikrindən döndərə bilmişdi.

Tarix
2015.11.24 / 11:42
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür

Ermənistanla sərhəddə ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla