Yuxarı

Dillə bağlı ən ciddi qüsurlar bu rayonlarda aşkarlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Bakı şəhərinin 3 rayonunda küçə adlarında, reklam və afişalarda, ünvan lövhələrində dil normalarına əməl olunub-olunmaması ilə bağlı apardığı monitorinq yekunlaşıb.

Bu barədə Report-a Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, professor Qulu Məhərrəmli məlumat verib.

O bildirib ki, monitorinqin nəticələri yaxın günlərdə ictimaiyyətə açıqlanacaq: "Ötən ilin oktyabrından başlayaraq, Bakı şəhərində küçə reklamlarından tutmuş bütün idarə və müəssisələrinin qabağında vurulmuş məlumat lövhələrinə qədər hər yerdə monitorinq aparılır. Bu müddət ərzində Nəsimi, Səbail və Nərimanov rayonu ərazilərində küçə adları, reklam və afişalar, ünvan lövhələrində Azərbaycan dili qaydalarına necə riayət edilməsi yoxlanılıb. Artıq bütün işlər yekunlaşıb".

Şöbə müdirinin sözlərinə görə, ən çox səhvlər Nəsimi və Nərimanov rayonu ərazisində qeydə alınıb: "Bir çox yerlərdə Azərbaycan dilində yazı yoxdur, əksər yazılar xarici dillərdə, xüsusilə ingilis dilindədir. Rus adları həddindən artıq çoxalıb. Latın qrafikasında olsa da, yazılar rus dilindədir. Məsələn "Dom kniqa" latın qrafikasında yazılsa da, Azərbaycan sözü deyil. "Azərbaycan dili haqqında" qanunda göstərilib ki, ehtiyac varsa, adın tərcüməsi xarici dillərdə yazıla bilər, amma bu lövhə azərbaycanca yazılan lövhədən böyük ola bilməz".

Q.Məhərrəmli qeyd edib ki, xidmət sahələrində, ictimai iaşə, ticarət obyektlərində, maşın təmiri müəssisələrində yerləşən lövhələrdə çoxlu dil qüsurları var: "Xüsusi ilə orfoqrafiq səhvlərə daha çox rast gəlinir. Məsələn "ehtiyat hissələri" qoşa "y" ilə yazılır, profilaktoriya sözü, "a" hərfi ilə yazılır. Lövhələrdə yazılar Azərbaycan dilinin orfoqrafiya qaydalarına zidd olur, yəni necə deyirlər elə də yazırlar".

Tarix
2015.11.24 / 11:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

Bizi savaşa təhrik edirlər: onları Bakıya verək - Sukiasyan

Prezidentlərin təkbətək görüşü başladı

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla