Yuxarı

FHN Xəzərdə təlim keçirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və Kompleks Qazma İşləri Trestinin ərazisində Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 10 illik yubileyi münasibətilə quruda və dənizdə "Xəzər-2015" komanda-qərargah təlimi başlayıb.

APA-nın xəbərinə görə, təlim "Fövqəladə Hallar Nazirliyinin qurumlarının fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyətinin təşkili" mövzusunda keçirilir.

Təlimdə FHN-nin xilasetmə qurumları, Müdafiə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Dəniz Administrasiyası və "BP" şirkətinin şəxsi heyəti iştirak edir.

Təlimə 752 nəfərlik şəxsi heyət, o cümlədən FHN-dən 600, Müdafiə Nazirliyindən 60, Xüsusi Dövlət Mühafizə Xidmətindən 15, Dövlət Sərhəd Xidmətindən 25, Daxili İşlər Nazirliyindən 22, Səhiyyə Nazirliyindən 10, "BP" şirkətindən 20 nəfər cəlb olunub.

Təlimə 101 ədəd xüsusi təyinatlı hava, dəniz və avtomobil texnikası, o cümlədən ümumilikdə 73 ədəd avtomobil texnikası, FHN-ə məxsus 4 helikopter və 1 "BE 200 ÇS" amfibiya təyyarəsi, 7-si FHN-ə, 2-si MN-ə, 2-si DSX-ya məxsus olmaqla ümumilikdə 11 ədəd xüsusi təyinatlı gəmi, 10-u FHN-ə, 2-si DİN-ə məxsus olmaqla ümumilikdə 12 ədəd sürətli kater cəlb olunub.

Təlim planına uyğun olaraq I mərhələdə fövqəladə hallar zamanı xəbərdarlığın təşkili, axtarış və qəza xilasetmə işləri həyata keçirilməsi, II mərhələdə isə neftlə çirklənmiş ərazilərin təmizlənməsi, qurğuların su altı hissələrinə baxış keçirilməsi və obyektlərin təhvil verilməsi yerinə yetiriləcək.

Təlimi fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov, habelə təlimdə iştirak edən qurumların rəhbər heyəti, Rusiya Yanğın və Xilasetmə Qüvvələrin Departamentinin direktoru Aleksandr Aqafonov, İran daxili işlər nazirinin müavini İsmayıl Nəccar, eləcə də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yüksək səviyyəli nümayəndə heyətləri izləyir.

Tarix
2015.11.24 / 12:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla