Yuxarı

Türkman qətliamı pislənildi – Bəyanat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın rejimə bağlı ordusunun Rusiya bombardmançılarının dəstəyi ilə Türman Dağında apardığı savaş türkmanlara qarşı soyqırımdır.

Axar.az xəbər verir ki, bu barədə Vətəndaş Həmrəyliyi Partiyasının bəyanatında deyilir. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda türkman mülki vətəndaşlarının qətliamı qətiyyətlə pislənilir:

"Rusiyanın terrorizmə qarşı mübarizə adı altında Suriyada apardığı əməliyyatların böyük bir hissəsinin terrorizmə aidiyyəti yoxdur. Belə ki, təkcə ötən gün Rusiya hərbi hava qüvvələri rəsmi olaraq Hələb, Dəməşq, İdlib, Latakiya, Həma, Xüms, Rakka və Deyr-əz-Zor bölgələrində İŞİD-ə qarşı əməliyyat həyata keçirdiyi barədə məlumat yayıb.

Hələbin şimal-şərq bölgəsi, Rakka və Deyr-əz-Zor istisna olmaqla, digər bölgələrdə İŞİD terrorçularının olmadığını nəzərə alsaq, demək, Rusiyanın hava hücumlarının heç də İŞİD-ə qarşı yönəlmədiyini görmək mümkündür".

Bəyanatda qeyd olunub ki, Türkman Dağı bölgəsində də heç bir terrorçu yoxdur:

"Rusiya sadəcə Bayırbucaq türklərini bölgədən köçürməyi hədəfləyir və bunun üçün qətliamlar törədir. Son günlər mülki əhali arasında ölənlərin sayının artması, həmçinin azyaşlı uşaqların bombardman nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, dinc sakinlərə qarşı soyqırımın məqsədi bölgəni türkmanlardan təmizləməkdir.

Rusiya ənənəvi siyasətinə sadiq qalaraq, hara qədəm qoyursa, orada sivil insanların qətliamını həyata keçirir və qırğınlar törədir. Bu ənənəvi siyasətinin tərkib hissəsində isə türklərə qarşı soyqırım əsas prioritetdir.

Vətəndaş Həmrəyliyi Partiyası Rusiyanın apardığı bu etnik təmizləmə, soyqırım siyasətini qətiyyətlə pisləyir və bütün dünyanı bu dəhşətlərə biganə qalmamağa çağırır".

Tarix
2015.11.24 / 13:10
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

Onlara bu şansı verməyəcəyik! - Prezident

Əli Əsədov yeni qərar imzaladı

Ermənistanla sülh sazişini imzalasaq… - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla