Yuxarı

Öldürülən rus pilotun görüntüsü yayıldı – Foto/Video18+

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya ilə sərhəddə vurulan Rusiya döyüş təyyarəsinin pilotu həlak olub.

Axar.az xəbər verir ki, yerli media orqanlarının məlumatına görə, pilotun meyiti Bayırbucaq bölgəsinin Qızıldağ cəbhəsində türkman döyüşçülər tərəfindən tapılıb.

Katapult edən iki pilotdan birinin yerə düşərkən öldüyü, digərinin isə sağ olduğu iddia edilir.

Xatırladaq ki, bu gün Türkiyə sərhədini pozan Rusiyaya məxsus Su-24 bombardmançısı Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub. Bombardmançının F-16 qırıcısı tərəfindən vurulduğu bildirilir.

Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Baş nazir Əhməd Davudoğlunu qəbul edəcəyi gözlənilir. Ə.Davudoğlu Baş Qərargaha və Türkiyə XİN-ə insidentlə bağlı NATO-nu məlumatlandırmaq tapşırığı verib.

Rusiya isə Su-24 bombardmançısının Türkiyə sərhədini pozmadığını, Suriya səmasında vurulduğunu və bunu sübut edəcəklərini açıqlayıb. Rusiya Prezidenti Putin olayla bağlı Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Tarix
2015.11.24 / 14:40
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla